Рейтинг@Mail.ru

İnternet səhifəmizə xoş gəlmişsiniz!

HÖRMƏTLİ QONAQ!


Əsası Azərbaycan SSR Nazirlər Şurasının 2 oktyabr 1964-cü il 685 nömrəli qərarı ilə qoyulan və indiki adı ilə 2006-cı ildən tanınan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 50 illik böyük bir tarixə və zəngin ənənələrə malikdir.

Yarım əsr ərzində İnstitutumuz sovet dövründə ölkəmizin iqtisadiyyatının planlaşdırılması, məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi işində böyük nailiyyətlər əldə etmiş, müstəqilliyimiz bərpa edildikdən sonra iqtisadiyyatımızın davamlı inkişafı və aparılan sosial-iqtisadi ishalatların həyata keçirilməsi işində yaradıcı əmək sərf etmişdir.

İnstitutunda aparılan elmi-tədqiqatlar makroiqtisadi sabitliyin qorunması və tənzimlənməsinin həyata keçirilməsi, davamlı inkişafın təmin olunması, regionların və sahibkarlığın inkişafı, qeyri-neft sektorunun, əsas etibarı ilə onun ixrac potensialının artırılması məqsədi ilə iqtisadi sahələrin diversifikasiya olunmuş inkişafı, mənzil-kommunal və infrastrukturun inkişafı istiqamətləri üzrə apardığı uğurlu siyasətin hədəflərinə uyğunlaşdırılmaqla, bu istiqamətlərə müvafiq qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması üzrə model və üsulların işlənilməsinə yönəldilmişdir.

Öz şərəfli və məsuliyyətli missiyasının öhdəsindən uğurla gələn bu elm ocağı son illərdə elmi tədqiqatların aparılması və nəşri, ölkəmizin və eləcə də xarici elmi-tədqiqat mərkəzləri ilə elmi əlaqələrin qurulması və koordinasiya edilməsi ilə kadr hazırlığı istiqamətlərində də fəaliyyətində əhəmiyyətli uğurlar əldə etmişdir.


Sizi elm ocağımızda görməkdən məmnunluq duyuruq!

İİETİ-nin direktoru, prof., i.e.d. Vilayət VƏLİYEV

Xəbərlər