Рейтинг@Mail.ru

Dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib

Aprelin 10-da 132-134 saylı təhsil kompleksində “Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib. Açıq dərsi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət...

BTM-nin təşkilatçılığı ilə Regional Seminar və Forum keçirilmişdir

28 və 29-31 mart tarixlərində Birləşmiş Millətlər Təşkilatı Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə könüllülük prinsipi əsasında 2017-ci il üzrə Milli Hesabatın Hazırlanmasına dair Regional Seminar və Davamlı İnkişaf üzrə Asiya-Sakit okean Forumunun 4-cü sessiyası keçirilmişdir.  Hər iki tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, Azərb...

İqtisadiyyata dair maraqlı faktlar və nümunələr

İxtiyari sahədə olduğu kimi biznes sahəsində də özünəməxsus maraqlı faktlar vardır. Bu faktlar sadəcə maraqlı deyil, bəzən hətta kifayətə qədər faydalı ola bilirlər. Bu faktlarla tanış olaq:   1) Çərşənbə axşamı – iş həftəsinin ən verimli günüdür.  2) Hər gün dünyada təxminən 33 yeni məhsul meydana çıxır ki, onlardan 13-u oyuncaqdır.  3) Hər gün dünyada 65 insan milyonçu olur.  4) Kofe dünyada benzindən sonra ən çox satılan məhsuldur.  5) Dünyanın hansı nöqtəsində ...

Birgə əməkdaşlıq çərçivəsində növbəti təlim keçiriləcəkdir

Cari ilin 26-28 aprel tarixlərində Bakıda "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim keçiriləcəkdir.  Təlim İslam İnkişaf Bankının (IDB) İslami Tədqiqatlar və Təlim İnstitutu (IRTI) və İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun potensialın artırılması istiqamətində 2014-cü ildən etibarən davam etdirilən birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcəkdir.  Təlimin məqsədi iştirakçılara kiçik və orta sahibkarlı...

“Sosial Müdafiə Göstəriciləri və DİM-in Monitorinqi üzrə Potensialın Artırılması” mövzusunda seminar keçirilmişdir

14-15 mart tarixlərində Filippinin Respublikasının Manila şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə “Sosial Müdafiə Göstəriciləri və Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinqi üzrə Potensialın Artırılması” mövzusunda seminar keçirilmişdir.2 gün davam edən seminarda “Sosial müdafiənin dayanıqlı inkişaf məqsədləri”, “Sosial müdafiə indikatorlarının xülasəsi”, “Ölkə təcrübəsinin öyrənilməsi – sosial müdafiə indikatorları üzrə monitorinq və sorğuların daxil e...

BMT Azərbaycanın DİM-in reallaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu fikirləri martın 16-da “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfransda səsləndirib. Baş nazirin müavini deyib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin ...

Enerjiyə qənaət və səmərəlilik məsələlərinə dair seminar keçirilmişdir

Martın 15-də “Enerjiyə qənaət  və enerji  səmərəliliyi üzrə innovativ texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilmişdir.  İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “İnnovasiyaların Təşviqi Qrupu”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Schneider Electric” Şirkətinin birgə təşəbbüsü ilə təşkil edilən tədbirdə adı çəkilən qurumlarla yanaşı, Energetika Nazirliyi, Standartlaşdırma, Metralogiya və Patent...

Essex Universiteti Beynəlxalq Tədqiqat Təqaüd Proqramı ELAN EDİR

       Qısamüddətli Beynəlxalq Təqaüd Proqramının üçüncü turu və Uzunmüddətli Beynəlxalq Təqaüd Proqramının birinci turu üçün müraciətlərin qəbulu başlandı.Müraciətlər 2017-ci il mart ayının 31-dək qəbul edilir.Essex beynəlxalq təqaüd proqramları yüksək keyfiyyətli işlər təqdim edən, aparıcı elmi işçilər və tədqiqatçılar üçün yaradılmış prestijli, rəqabətli mükafatlardır.Bu flaqman Universitet proqramı görkəmli tədqiqatçılara mü...

IAEE-dən məqalələrin təqdim edilməsi üçün ÇAĞIRIŞ!

Enerji İqtisadiyyatı və Ətraf mühit siyasəti (EEEP), Enerji İqtisadiyyatlarının (İAEE) Beynəlxalq Assosiasiyası tərəfindən nəşr olunmuş, enerji və ətraf mühitin iqtisadiyyatı üzrə siyasi məsələlərin cəlbinə yönəlmişdir. EEEP, elmi və tədqiqat əsaslı olan, müasir iqtisadi düşüncə, enerji və ətraf mühit siyasəti məsələlərinin təhlili üzrə asanlıqla oxunulan və əlçatan informasiya mənbəyi ilə təmin edən, həmkarlar tərəfindən nəzərdən keçirilmiş çoxistiqamətli nəşr...

“İqtisadi inkişafın monitorinqi” mövzusunda seminar keçirilmişdir

21-22 fevral tarixlərində Taylandın Banqkok şəhərində Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə "İqtisadi inkişafın monitorinqi" mövzusunda seminar keçirilmişdir. Tədbirdə Kamboca, Laos, Monqolustan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Viet Nam, Pakistan, Çin, Hindistan, İndoneziya, Malaysia, Filippin və Thailanddan nümayəndələrlə yanaşı Azərbaycandan İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi İlkin Qasımov iştirak...