Рейтинг@Mail.ru

İqtisadiyyat Nazirliyinin İİETİ-nin əməkdaşları sahibkarlarla görüşüblər

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malların istehsalına və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin, həmçinin “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq İqtisadiyya...

Zərdabda barama istehsalı ilə tanışlıq

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın Tədbirlər Planının “Barama istehsalı və emalı sahəsində innovativ layihələrin dəstəklənməsi” tədbiri üzrə icraçı qurum olan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən tədbirin icrası istiqamətində işlər davam etdir...

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin işçi qrupunun iclası və “Milli tədqiqatların praktiki tətbiqi” mövzularında seminar keçirilib

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrasına dair komissiya üzvlərinin iclası və “Milli tədqiqatların praktiki tətbiqi”  mövzusunda seminar təşkil edilib. Layihə çərçivəsində Milli tədqiqatların tətbiqi məsələsi vacib yer tutduğu vurğulanıb. Seminarda sənaye sektorunda innovativ təkliflərin tətbiqinin təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnno...

Sənayenin inkişafına dair Türkiyə təcrübəsi mövzusunda seminar keçirilib

07 iyun 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Elmi-texnoloji inkişaf və sənaye: strateji planlaşdırma və investisiyalar” mövzusunda və Qənaətli istehsal üsulu “5S” üzrə seminar keçirilib. Seminarda İnstitutun əməkdaşları və doktorantlarla yanaşı, İqtisadiyyat Nazirliyinin və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Vilayət Vəliyev məruzəçini - Tür...

İnnovasiyaların Təşviqi Qrupu vətəndaş müraciətini dəyərləndirib

24 may 2019-cu il tarixində innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu vətəndaş müraciətini dəyərləndirmək üçün növbəti iclas keçirib. İclasda müvafiq dövlət qurumlarının, müəssisələrin, elmi təşkilatların və özəl sektorun nümayəndələri iştirak edib. Tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, İnnovasiyaların Təşviqi Qrupunun rə...

İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilib

15 may 2019-cu il tarixində innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilib.    Tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, İnnovasiyaların Təşviqi Qrupunun rəhbəri Vilayət Vəliyev innovativ üsullardan yararlanmaqla ye...

XVIII Beynəlxalq Elmi - Praktik Konfrans keçiriləcək

19-20 sentyabr 2019-cu il tarixlərində Ukraynanın Kiyev şəhərində "İnformasiya Cəmiyyətinin Qurulması: Ehtiyatlar və Texnologiyalar" mövzusunda XVIII Beynəlxalq Elmi-Praktik Konfrans təşkil ediləcək.Konfrans Ukrayna Təhsil və Elm Nazirliyi, "Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu" Dövlət Elm Qurumu, "Ukrayna Milli Elmlər Akademiyasının İqtisadiyyat və Proqnozlaşdırma İnstitutu" Dövlət Qurumu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqti...

Elm, Texnologiya, İnnovasiya Siyasəti (ETİS) Beynəlxalq təlim proqramına qəbul elan edir!

                                             ELM, TEXNOLOGİYA, İNNOVASİYA SİYASƏTİ (ETİS) VƏ İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ                                                                   &...

Naxçıvan Biznes Mərkəzində seminar keçirilib

3-5 aprel 2019-cu il tarixlərində Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d., professor Vilayət Vəliyev, İnstitutun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin müdiri i.ü.f.d. Arzu Süleymanov və baş elmi işçisi i.ü.f.d. Malik Mehdiyev tərəfindən “Sahələrarası balans və ekonometrik modellər əsasında makroiqtisadi təsirlərin və investisiya layihələrinin səmərəliliyinin qiymətləndirməsi” möv...

4-cü Avrasiya Beynəlxalq Konfransı keçiriləcək

17-19 oktyabr 2019-cu il tarixlərində Qazaxıstanın Nazarbayev Universitetində "Xəzər və Mərkəzi Asiyanın enerji resursları: regional və qlobal perspektivlər" mövzusunda 4-cü Avrasiya Beynəlxalq Konfransı təşkil ediləcək.Konfrans Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının (IAEE) təşkilatçılığı ilə keçirilir.Konfransda enerji məsələrinə dair ümumi baxış və potensial əhəmiyyəti də daxil olmaqla, Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar - tə...