Рейтинг@Mail.ru

Əli İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri Konfrans keçirilmişdir

Oktyabrın 1-də uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış və zəngin idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti ilə respublikanın sosial-iqtisadi inkişafına töhfələr vermiş Əli İbrahimovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti ...

“EcoMod 2014–İqtisadi modelləşdirmə” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir

16-18 iyun 2014-cü ildə “EcoMod Network” şirkəti və İndoneziyanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə Balidə “EcoMod 2014 – İqtisadi modelləşdirmə” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.   İştirak etmək istəyənlər məruzələrini 31 yanvar 2014-cü il tarixinədək www.ecomod.net internet səhifəsi vasitəsi ilə təqdim etməlidirlər. Ətraflı məlumatı www.ecomod.net internet səhifəsindən əldə etmək olar.     © İstifadə zamanı www.ier.az saytına isti...

Özbək İqtisadçılarının V Forumu keçiriləcəkdir

15 noyabr və 13 dekabr 2013-cü il tarixlərində Özbək İqtisadçılarının ”Ölkənin uzunmüddətli inkişaf strategiyalarının işlənib hazırlanmasının metodoloji məsələləri” mövzusunda V Forumu keçiriləcəkdir. Tədbir Özbəkistan Respublikasının Nazirlər Kabineti nəzdində Proqnozlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutunun BMT İnkişaf Proqramının “Milli və yerli səviyyədə iqtisadi proqnozlaşdırma və planlaşdırma bacarıqlarının gücləndirilməsi” layihəsi və Alman Texniki Əm...

14-15 noyabr 2013-cü il tarixlərində Ufa şəhərində beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir

Başqırdıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi və İdarəetmə Başqırd Akademiyasının Elmi-Tədqiqat Mərkəzinin yaranmasının 20 illiyi münasibətilə 14-15 noyabr 2013-cü il tarixlərində Ufa şəhərində “Müasir dünyada bələdiyyə: müasir zamanın çağırışlarına cavablar” («муниципальная власть В СОВРЕМЕННОМ МИРЕ: поиск ответов на вызовы ВРЕМЕНИ») mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.     Konfransda iştirak ödənişli...

Türkiyənin Sabancı Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir

Sentyabrın 13-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Sabancı Universitetinin nümayənədləri ilə görüş keçirilmişdir. Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.   Qeyd edək ki, Sabancı Universitetinin nümayənədləri sentyabrın 10-dan etibarən Bakıda səfərdədir. Səfərin məqsədi təlimlər yolu ilə inkişaf imkanları, marketinq, liderlik, sahibkarlığın inkişafına dəstək təlimləri, məslə...

"Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs keçirilmişdir

26 avqust–6 sentyabr tarixlərində Beynəlxalq Maliyyə Fondu və Birləşmiş Vyana İnstitutunun birgə təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində "Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs keçirilmişdir. Təlimdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova iştirak etmişdir.   Makroiqtisadi idarəetmə və fiskal siyasət sahəsində biliklərin təkmilləşdirilməsi mə...

Əməkdaşımız təcrübə proqramında iştirak edir

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Sahibkarlıq və regional inkişaf problemləri şöbəsinin aparıcı elmi işçisi Sahib Kazımov “ALRAKIS II” proqramı çərçivəsində Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutunda 1 aylıq akademik təcrübə proqramında iştirak edir. 1-30 sentyabr tarixlərində Tallinn şəhərində keçiriləcək təcrübə proqramına professor Sirje Virkus rəhbərlik edəcəkdir.  İştirakçılara Avropa Birliyinə ...

“EcoMod Network” Şirkətinin və “AzMod”un nümayəndələri ilə görüş keçirilmişdir

Sentyabrın 9-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “EcoMod Network” Şirkətinin nümayəndələri və “AzMod” Ümumitarazlıq Modelinin ekspertləri ilə görüş keçirilmişdir.   Görüşdə 5-6 sentyabr tarixlərində Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı Forumu və “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda I Beynəlxalq Konfransının nəticələri...

İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilmişdir

Sentyabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və "EcoMod Networking" şirkətinin birgə təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlamışdır. Tədbirdə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları iştirak etmişlər. Forumun ...

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçiriləcək

Sentyabrın 5-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayacaq. Tədbirdə iştirak etmək məqsədilə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları Bakıda səfərdədir.   Forum çərçivəsində bu gün İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin nümayəndələrinin işçi görüşü keçirilmişdir. Görüşdə elmi tədqiqatlar üzrə əməkdaşlıq istiq...