Рейтинг@Mail.ru

“BioFach-2012” adlı beynəlxalq sərgi keçirilmişdir

Ekoloji təmiz kənd təsərrüfatı sahəsində Türkiyədə təcrübə mübadiləsi və Almaniyada “BioFach-2012” adlı beynəlxalq sərgi keçirilmişdir   Ekoloji təmiz kənd təsərrüfatı sahəsində 2012-ci ilin 9-13 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində təcrübə mübadiləsi və 2012-ci ilin 14-20 fevral tarixlərində Almaniyanın Nümberq şəhərində “BioFach-2012” adlı beynəlxalq sərgi keçirilmişdir.   50 minə yaxın ziyarətçinin iştirak etdiyi sərgidə İqtisadi ...

“Planlaşdırma və Modeləşdirmə” mövzusunda seminar keçirilmişdir

26 yanvar 2012-ci il tarixində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası İnkişaf Nazirliyinin (keçmiş Dövlət Planlama Təşkilatının) ekspertləri tərəfindən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Planlaşdırma və Modeləşdirmə üzrə Türkiyə təcrübəsi” mövzusunda təqdimat keçirilmişdir.   Seminarda İnkişaf Nazirliyinin Ekonomik modelləşdirmə şöbəsinin müdiri Hasan Yurtoğlu qısamüddətli və uzunmüddətli proqnozların hazırlanması istiqamətində Türkiyə təc...

Türkiyə Respublikasının İnkişaf Nazirliyinin ekspertlərinin Bakıya səfəri

25-27 yanvar 2012-ci il tarixlərində Türkiyə Respublikasının İnkişaf Nazirliyinin (keçmiş Dövlət Planlama Təşkilatının) yüksək səviyyəli mütəxəssis heyəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəvəti ilə Bakıda səfərdə olmuşlar.   Nümayəndə heyətinə İnkişaf Nazirliyinin Ekonomik modelləşdirmə şöbəsinin müdiri Hasan Yurtoğlu, planlaşdırma üzrə mütəxəssis Pınar Yaşar və iqtisadçı Fatih Haspolat daxil idi.   Səfər çərçivəsində nü...

“Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik Sosial-iqtisadi İnkişafı” mövzulu Elmi Məqalə Müsabiqəsinin nəticələri açıqlandı

28 dekabr 2011-ci il tarixində Qafqaz Universitetində İqtisadi İnkişaf  Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat institutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz  Universitetinin birgə təşəbbüsü ilə “Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik Sosial-iqtisadi İnkişafı” mövzulu Elmi Məqalə Müsabiqəsi keçirilmişdir. Azərbaycan Respublikasının Müstəqilliyinin Yenidən Bərpasının İyirminci İldönü...

Anlaşma Memorandumu imzalanıb

Dekabrın 22-də İqtisadi İnkişaf Nazirliyində Bakıda səfərdə olan Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun direktoru professor Andras İnotailla görüş keçirilmişdir. İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi uğurlar barədə macarıstanlı qonağa ətraflı məlumat vermiş, ölkəmizin Macarıstanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır. Professor Andras İnota...

Hindistanda beynəlxalq iqtisadi forum keçirilmişdir

15-16 dekabr tarixlərində Hindistanın Nyu Delhi şəhərində “Delhi İqtisadi Forumu” mövzusunda konfrans keçirilmişdir.  Konfransda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycan: səmərəli enerji əməkdaşlığı və təhlükəsizliyinə doğru” mövzusunda təqdimatla çıxış etmişdir. Tədbir çərçivəsində qloballaşmanın təsirini nəzərə almaqla dünya maliyyə sistemində müvafiq təhlil və təd...

“İnvestisiyaların Qiymətləndirilməsi və Risklərin Təhlili” mövzusunda təlimlər başa çatmışdır

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Azərbaycanda Rəqabətlilik və Ticarət” adlı layihəsi çərçivəsində “İnvestisiyaların Qiymətləndirilməsi və Risklərin Təhlili” mövzusunda təşkil olunmuş dörd həftəlik treninqlər başa çatmışdır. Treninqlərdə Fövqəladə Hallar, Nəqliyyat, Gənclər və İdman, Səhiyyə, Kənd Təsərrüfatı Nazirliklərinin, Dövlət Neft Fondunun və s. dövlət qurumlarının ...

Macarıstanda beynəlxalq elmi konfrans keçirilmişdir

Macarıstanın Budapeşt şəhərində “III Respublikanın 20 ili” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfdən Xarici İşlər və Mədəniyyət və Turizm Nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri və Milli Məclisin deputatları iştirak etmişdir.  Konfransda İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahat...

Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu ilə bağlı Konfrans keçirilmişdir

Noyabrın 4-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə “Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)” mövzusunda Konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının və elmi-tədris müəssisələrinin nümayəndələri iştirak etmişlər.  Konfransı ...

“Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf” mövzusunda Dəyirmi Masa keçirilmişdir

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı İqtisadi İnkişaf Nazirliyi, AMEA-nın İqtisadiyyat İnstitutu və  İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə 2011-ci il 30 sentyabr tarixində “Milli iqtisadiyyat, modernləşmə, diversifikasiya və regional inkişaf” mövzusunda Dəyirmi Masa keçirilmişdir.  Dəyirmi Masada Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Qafqaz Universiteti, T...