Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

BİRİNCİ

BAKI «FORUM-KONFRANSI» (ECO2013)

 

5-6 sentyabr 2013-cü il

Bakı şəh., Azərbaycan Respublikası

 

Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi islahatlar və iqtisadi transformasiyalar nəticəsində bazar iqtisadiyyatına keçid dövrünü tamamlayaraq, yeni mərhələyə qədəm qoymuşdur.

 

Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə «Azərbaycan 2020: Gələcəyə Baxış» İNKİŞAF KONSEPSİYASI təsdiq edilmişdir. Konsepsiyanın qayəsi iqtisadiyyatın innovasiyalı inkişafına yönələrək ölkənin təbii resursları və regional potensialından səmərəli istifadə etməklə iqtisadi diversifikasiyanı genişləndirmək, rəqabətqabiliyyətli və ixrac yönümlü yüksək əlavə dəyər yaradan məhsul və xidmətlərin istehsalı, insan kapitalının və elmi təminatın gücləndirilməsi, sosial rifahın yüksəldilməsinin təmin olunmasıdır.



 

 

Bundan başqa Konsepsiyada qarşıya qoyulan innovasiyalı iqtisadi inkişaf öz növbəsində bir sıra qlobal çağırışlarla müşayiət olunur. Beynəlxalq inteqrasiyanın son tendensiyaları göstərir ki, elmi araşdırmaların və sənayenin qlobal restrukturizasiyası nəticəsində əmək tutumlu fəaliyyətlərlə yanaşı, elmi araşdırma, layihələndirmə, məhsul dizaynı və digər yüksək əlavə dəyər yaradan fəaliyyətlər də inkişaf etməkdə olan ölkələrə köçürülür. Bu imkanlar mövcud təbii və əmək resurslarının səmərəli istifadəsini, regional inteqrasiyanın genişləndirilməsini və ölkənin sosial-iqtisadi inkişafının dayanıqlığının artırılmasına yeni fürsətlər yaradır.

 

Qoyulan məqsədlərinin həyata keçirilməsi üçün qeyd olunan məsələlərin müzakirəsi, beynalxalq maliyyə qurumlarının, yerli və xarici elmi-tədqiqat təşkilatlarının, ali təhsil müəssisələrinin birgə və səmərəli əməkdaşlığının genişləndirilməsi zərurəti ilə müşayiət olunmuş və ölkəmiz mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

 

Beləliklə son illərdə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə fəal əməkdaşlıq, həmçinin qeyd olunan məsələlərin müzakirəsi istiqamətində İƏT region ölkələri üçün akademik platformanın formalaşdırılması məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin Birinci Bakı Forumu və «Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf» mövzusunda Birinci Beynəlxalq Konfrans 2013-cü ilin 5-6 sentyabr tarixlərində Bakı şəhərində (Azərbaycan Respublikasında) keçirilmişdir.

 

I «Bakı Forum-Konfransı»nın təşkilatçıları:

    İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)