Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU 

 

Fəlsəfə doktoru və elmlər doktoru pilləsində təhsil almaq 

QAYDALARI və PROQRAMI 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda profilə uyğun olaraq, elmi kadrların fəlsəfə doktoru və elmlər doktoru yolu ilə hazırlığı həyata keçirir. 

 

Doktorantura hazırlığı ali təhsilin üçüncü səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.

 

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

 

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən iqtisad elmlərinə aid ixtisaslar üzrə institut tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.

 

Ətraflı məlumat üçün yaddaş kitabçasını yükləyin. 

 

 

YADDAŞ KİTABÇASI (*.PDF)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.