Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

 

 

ALMANİYANIN İQTİSADI KEÇİD YAŞAYAN ÖLKƏLƏRİN KƏND TƏSƏRRÜFATININ

İNKİŞAFI ÜZRƏ LEYBNITS İNSTİTUTU (IAMO)

 

“QAFQAZDA VƏ MƏRKƏZİ ASİYADA REGİONAL DAVAMLI İNTEQRASİYA ÜÇÜN KƏND TƏSƏRRÜFATINDA TİCARƏT VƏ XARİCİ İNVESTİSİYALAR” (SARICCA) 

 

mövzusunda

 

BEYNƏLXALQ BAKI KONFRANSI

(6-7 sentyabr 2018-ci il, Bakı şəhəri, Azərbaycan Respublikası)

 

 

           

“Qafqazda və Mərkəzi Asiyada Regional Davamlı İnteqrasiya üçün Kənd Təsərrüfatında Ticarət və Xarici İnvestisiyalar” (SARICCA) mövzusunda Beynəlxalq Bakı Konfransı 6-7 sentyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir.

 

Konfrans Almaniyanın İqtisadi keçid yaşayan Ölkələrin Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnits İnstitutu (İAMO) və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) birgə təşkilaçılığı və Alman Elmi Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə təşkil edilmişdir.

 

Tədbirdə yerli iştirakçılar və nümayəndələrlə yanaşı,  Amerika Birləşmiş Ştatları, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Niderland Krallığı, İtaliya, İsveç, Türkmənistan, Tajikistan, Özbəkistan, və Sloveniyadan 50 nəfərədək xarici məruzçi iştirak etmişdir.

 

Konfransın açılış və bağlanış sessiyalarında İİETİ-nin direktoru i.e.d., prof. Vilayət VƏLİYEV, İAMO-nun baş elmi işçiləri i.f.d. Lena KUHN və i.f.d. İhtiyor BOBOJONOV məruzələrlə çıxış etmişlər.

 

Bununla yanaşı, konfransın əsas məruzəçisi Birləşmiş Millətlər Təşkilatı Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İxrac və Bazarlar Sektorunun iqtisadçısı xanım Ekaterina Krivonos Gonzales keçmiş SSRİ-i ölkələrində kənd təsərrüfatı üzrə ticarət siyasətlərinə və xüsusi sessiyalarda Dünya Bankının nümayəndəsi xanım Katerina Goyçuk SCHROEDER Mərkəzi Asiya ölkələrində Çinə ixrac imkanlarına dair məruzələrlə çıxış etmişlər.

 

Ümumilikdə Konfransda müxtəlif sessiyalarda məruzələr dinlənilmişdir:

resurslar və istehsal amilləri

kənd təsərrüfatında investisiya

Qafqazda və Mərkəzi Asiyada aqrar siyasət göstəriciləri

kənd təsərrüfatında ixracın artırılması

sosial-iqtisadi təsirlər

Mərkəzi Asiyada iqlim sığortası: praktiki məsələlər

rentabellik: məlumatlar və meyllər

qida təhlükəsizliyi vəistehlak

dəyər zəncirləri

 

Konfrans çərçivəsində paralel görüşlərdə Azərbaycan aqrar sahədə fəaliyyət göstərən qurumlar və mütəxəssislərlə əməkdaşlıq imkanları müzakirə edilmiş, birgə işlərin aparılmasına dair razılığa gəlinmişdir.

 

Konfransla eyni adlı layihənin tərkib hissəsi olan bu tədbir ənənəvi qaydada 2014-cü ildən etibarən təşkil edilir. İlk dəfə Almaniyanın Halle, daha sonra 2016-cı ildə Özbəkistanın Səmərqənd və 2018-ci ildə Azərbaycanın Bakı şəhərlərində təşkil edilmişdir.

 

Növbəti Konfransın 2020-ci ildə Türkmənistanın Aşqabat şəhərində təşkil edilməsi planlaşdırılır.

 

Ətraflı məlumat əldə etmək üçün əlaqə məlumatları:

 

i.f.d. İhtiyor BOBOJONOV

Layihə koordinatoru

Baş elmi işçi

İAMO

 

Ünvan:

Theodor-Lieser-Str. 2, 06120

Halle (Saale), Almaniya

Tel: +49 345 2928-247

E-poçt: bobojonov@iamo.de

İnternet səhifə: www.iamo.de/en 

 

 

§  Konfransın proqramı (*.PDF)

§  Təqdimatlar

§  Foto-Qaleriya

§  VİDEO (müsahibə, AzTV)




 





© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.