Рейтинг@Mail.ru

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU


AZƏRBAYCAN TEXNOLOJİ TRANSFER ŞƏBƏKƏSİ (AzTTN)

 

İnnovasiya infrastrukturu iqtisadi səmərəlilik və dəyişən dinamik konyuktur bazar şəraitində ölkə ərazisindəki bilavasitə təsərrüfat subyektlərinin innovativ proseslərin həyata keçirilməsinə şərait yaradan iqtisadi-təşkilati institutların kompleksidir.


İnnovasiya infrastrukturunun formalaşması üçün zəminin hazırlanması prosesi kimi qəbul edilən Azərbaycan Texnoloji Transfer Şəbəkəsi (AzTTN) isə qeyd edilən infrasturukturun formalaşması məqsədilə pilot platforma ideyası ilə yaxın vaxtlarda fəaliyyətə başlayacaq.


İnfrastrukturun mühüm və zəruri ilkin elementlərinin formalaşması ilə bu platformanın fəaliyyətinin təmin edilməsində əsas məqsəd gələcəkdə ölkədəki bütün texnoloji proseslərin əhatə olunması və kommersiyalaşdırılmasına nail olunması, habelə, bu istiqamətdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun roluna dair əyani modelin əldə edilməsidir.

 

Missiyamız:

Sənaye yönümlü innovativ sahibkarlığın inkişafı və elm tutumlu texnologiyaların kommersiyalaşdırılmasıdır  

 

Vizyonumuz:

Elm (universitet), sənaye və dövlət əməkdaşlığının gücləndirilməsi, elm tutumlu və inkişaf potensiallı sahələrin dəstəklənməsi, bu işlərin nəticələrinin tətbiqinin genişləndirilməsi, alınan nətcələrin tətbiqinin təşviqinin asanlaşdrılması imkanlarının genişləndirilməsi məqsədilə keyfiyyətli informasiya platformasına çevrilməkdir   

 

Məqsədimiz:

Sənaye yönümlü innovativ sahibkarlığın inkişafına dəstək göstərilməsi məqsədilə əlaqəli bütün fəaliyyətlərin təsirli və məhsuldar vəziyyətə gətirilməsi, ayrı-ayrı qurumlar (struktur bölmələri) tərəfindən həyata keçirilən pərakəndə işlərin bir mərkəzdə cəmlənməsidir.   

 

Vəzifələrimiz:

sənayenin və özəl sektorun ehtiyaclarının öyrənilməsi, bu ehtiyacların tımin edilməsi istiqamətində elm tutumlu həllərin, yüksək potensiallı kadr heyəti ilə həllərin tapılmasının təmin edilməsi;

maraqlı tərəflərin (alim və mütəxəssislərin, sahibkarların, investorların və s.) marka (brend), faydalı modellər, lisenziya, sertikat, əqli mülkiyyət, ideyaların (nəticələrin) ticariləşdirilməsi haqqında maarifləndirmənin təmin edilməsi;

Şirkət yaratmaq istəyən ideya sahiblərinə məsəlhət xidmətlərinin göstərilməsi, tədqiqat və innovativ yönümlü şirkətlərin qurulmasının təşviq edilməsi, dəstəklənməsi və əməkdaşlığın davam etdirilməsinin təmin edilməsi;

innovativ və investisiya layihələrinin hazırlanması istiqamətlərində maarifləndirmə və dəstək göstərilməsinin təmin edilməsi;

ərsəyə gələn məhsulların daxili və xarici bazarlarda təşviqi və satışının dəstəklənməsi, məlumatlandırmanın təmin edilməsi;

elm, universitet, vətəndaş və dövlət arasında əməkdaşlığın gücləndirilməsi yolu ilə iqtisadi inkişafın texnoloji transferinin ölkə miqyasında həyata keçirilməsinə nail olunması;

dinamik struktura, çevik kadr potensialına nail olmaqla keyfiyyətli məlumat bazasının, təcrübə ilə inteqrə edilmiş infrastruktura nail olunması.



MÖVCUD TEXNOLOGİYALARA DAİR

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna daxil olan texnologiyalar haqqında məlumatlar mütəmadi olaraq, azərbaycan, ingilis və rus dillərində yenilənir.


***

- Müalicəvi naftalan neftinin tullantılarının təmizlənməsi və qətransızlaşdırılmış Ağ Naftalanın alınma üsulu Azərbaycan dilində (*.DOC)

- This product naphthalane oil wastes, and the therapeutic method of  White Naphthalan In English (*.DOC)

- Очистка отходов лечебной нафталанской нефти и получение обессмоленного «белого» Нафталана На русском (*.DOC)


***

- Dərinlik nasos qurğusu Azərbaycan dilində (*.DOC)

- Depth pumping system In English (*.DOC)

- Глубинно-насосная установка На русском (*.DOC)


***

- Səthi aktiv maddəli isti su vasitəsi ilə neftli torpağın yuyulması Azərbaycan dilində (*.DOC)

- Surface washing of petroleum soil with hot water with active substance In English (*.DOC)

- Поверхностная промывка нефтяной почвы горячей водой с активным веществом На русском (*.DOC)




ƏMƏKDAŞLIQ İMKANLARINA DAİR

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu hazırda Elmi və Texniki İnformasiya Beynəlxalq Mərkəzi (ISCTI) ilə əməkdaşlıq çərçivəsində ölkədəki texnologiyaların təşviqinin genişləndirilməsi istiqamətində iş aparır.

Bu çərçivədə texnologiyaları haqqında məlumatların xarici bazalarda yayımlanmasını arzu edənlərin aşağıdakı formaları (Rus dilində) dolduraraq, elektron-poçt vasitəsilə göndərmələri tövsiyyə olunur.

 



    Структура заполнения технологического запроса для профиля РЦТТ (Республиканский центр трансфера технологий)
 

Структура заполнения технологического предложения для профиля РЦТТ (Республиканский центр трансфера технологий)

 

        

 

Əlaqələndirici şəxs:

Afaq QASIMOVA,

İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar ETİ

İnnovasiyanın İnkişafı Şöbəsinin müdiri

E-poçt ünvanı: afaq.gasimova@yandex.ru   

Tel: +99412 4316004 (dax.3707)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.