Рейтинг@Mail.ru

Ümumdünya Ticarət Təşkilatı tərəfindən “Gənc iqtisadçılar üçün inşa müsabiqəsi” elan edilmişdir

  • 30 Aprel 2013


Ümumdünya Ticarət Təşkilatı icarət siyasəti və beynəlxalq ticarət üzrə yüksək keyfiyyətli tədqiqat işlərinin təşviq edilməsi məqsədilə “Gənc iqtisadçılar üçün inşa müsabiqəsi”ni  elan etmişdir.

Müsabiqənin qalibinə 5000 İsveçrə frankı məbləğində mükafat veriləcəkdir.

Müsabiqədə aspirantura/doktorantura (PhD) pilləsini ən çoxu 2 il əvvəl bitirmiş və ya hələ təhsil alan yaşı 30-dan yuxarı olan namizədlər iştirak edə bilərlər.

Göstərilən tələblərə uyğun gələn namizədlər ən çoxu 15000 sözdən ibarət olan tədqiqat işlərini, tərcümeyi-hal (CV) ilə birlikdə 1 iyun 2013-cü il tarixinədək essay.award@wto.org elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün http://wto.org/english/news_e/news13_e/rese_18feb13_e.htm internet səhifəsindən əldə etmək olar.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


102.jpg
  • 30 Aprel 2013
  • 1543