15 noyabr və 13 dekabr 2013-cü il tarixlərində Özbək İqtisadçılarının ”Ölkənin
uzunmüddətli inkişaf strategiyalarının işlənib hazırlanmasının metodoloji
məsələləri” mövzusunda V Forumu keçiriləcəkdir. Tədbir
Özbəkistan Respublikasının Nazirlər Kabineti nəzdində Proqnozlaşdırma və
Makroiqtisadi Tədqiqatlar İnstitutunun BMT İnkişaf Proqramının “Milli və yerli
səviyyədə iqtisadi proqnozlaşdırma və planlaşdırma bacarıqlarının
gücləndirilməsi” layihəsi və Alman Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birgə
əməkdaşlığı çərçivəsində təşkil ediləcəkdir.
Forumda iştirak etmək istəyənlər məruzələrini 1 noyabr 2013-cü il tarixinədək
tədbirin Təşkilat Komitəsinə (forum@ifmr.uz elektron poçt ünvanına və ya (+998 71) 237-10-32 tel/faks nömrəsinə) gəndərməlidirlər.
Tələblərlə tanış olmaq üçün məlumat vərəqəsini yükləyin.
Ətraflı məlumat www.ifmr.uz internet
səhifəsindən əldə oluna bilər.
© İstifadə zamani www.ier.az saytina istinad zəruridir.