Рейтинг@Mail.ru

İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 3-cü iclası keçiriləcək

  • 22 İyul 2013


20-21 avqust tarixlərində Qırğızıstanın İssık-Kul vilayətində  Qırğızıstan İqtisadiyyat Universitetinin təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 3-ci iclası keçiriləcək.

 

İclasda İƏT-ə üzv ölkələrdə aparılan iqtisadi tədqiqatların və hazırda icrası davam edən layihələr üzrə hesabatlar dinləniləcək, yeni layihə təklifləri müzakirə olunacaqdır. İclasda həmçinin, protokol qaydalarına uyğun olaraq, Daimi İşçi Qrupuna sədrlik İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan Qırğızıstanın İqtisadiyyat Universitetinə keçəcəkdir.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


110.jpg
  • 22 İyul 2013
  • 1325