Mayın 3-də İqtisadi
İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram koordinatoru Ali
Muslunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutu və TİKA Bakı Proqram Koordinatorluğu
arasında mövcud və perspektiv əməkdaşlıq əlaqələri müzakirə edilmişdir.
Bildirmişdir ki, ekoloji təmiz kənd təsərrüfatı sahəsindəki pilot layihənin nəticələrindən
biri kimi “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı dərs vəsaiti
hazırlanmış və bu vəsaitin orta məktəblərdə istifadə olunmasının tövsiyə edilməsi
qeyd edilmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsi məqsədilə Türkiyə
Respublikasının Ege Universiteti ilə qurulmuş əlaqələrdən bəh edilmiş və
hal-hazırda İnstitutun əməkdaşlarının mübadilə proqramlarında iştirakının zəruriliyi
vurğulanmış və bu istiqamətdə atılacaq növbəti addımlar müəyyənləşdirilmişdir.
Tədbir çərçivəsində
qonaqlar TİKA-nın dəsətəyi ilə İnstitutda yaradılan video-konfrans otaqlarına
baxış keçirmişlər.
© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.