Рейтинг@Mail.ru

“Qara və Xəzər dənizləri regionlarında turizmin inkişafı” mövzusunda konfrans öz işinə başladı

  • 24 May 2013


Mayın 24-də Tibilisidə “Qara və Xəzər dənizləri regionlarında turizmin inkişafı” (“Development of Tourism in Black and Caspian Seas Regions”) mövzusunda 8-ci Beynəlxalq İpək Yolu Konfransı öz işinə başlamışdır.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Elçin Ələkbərov “Davamlı turizm” mövzusunda təqdimatla çıxış edəcək.

Tibilisi və Batumi şəhərlərində 3 gün davam edəcək konfransda mədəni turizm, təhsil turizmi, tibbi turizm, iqtisadi turizm və təhlükəsizlik kimi mövzularında geniş müzakirələr aparılacaq.

Maraqlananlar tədbir haqqında əlavə məlumatıhttp://silkroad.ibsu.edu.ge internet səhifəsindən əldə edə bilərlər.

 

 

© İstifadə zamani www.ier.az saytina istinad zəruridir.



120.jpg
  • 24 May 2013
  • 1487