Рейтинг@Mail.ru

“Qlobal böhran: dünəni və bu günü” mövzusunda seminar keçirilib

  • 25 Yanvar 2013


Yanvarın 25-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda növbəti seminar keçirilmişdir.

 

Tədbirdə İnstitutun əməkdaşları və doktorantları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akdemiyasının İqtisadiyyat İnstitutunun da nümayəndələri iştirak etmişlər.

 

Seminarı giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanın qazandığı iqtisadi uğurları barədə məlumat vermiş, dünyada baş verən qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatının mənfi xarici iqtisadi təsirlərə dayanıqlıq nümayiş etdirdiyini vurğulamış, iqtisadi artımın davamlılığının təmin olunduğunu bildirmişdir.

 

Tədbirdə Türkiyənin  Fatih Universitetinin professoru Eyyub Basti “Qlobal böhran: dünəni və bu günü” mövzusunda məruzə ilə çıxış etmiş, dünyada baş verən iqtisadi böhran, onun nəticələri və aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.

 

Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 


122.jpg
  • 25 Yanvar 2013
  • 1646