Рейтинг@Mail.ru

Əməkdaşımız beynəlxalq tədbirdə iştirak edib

  • 18 Ferval 2013


13-16 fevral tarixlərində Almaniyanın Nürnberq şəhərində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının nümayişinə həsr olunmuş "Biofach-2013" sərgisi keçirilmişdir. 23-cü dəfədir ki, keçirilən sərgidəmüxtəlif ölkələrdən dövlət və özəl qurumların, ekoloji təmiz məhsul istehsalçıları, həmçinin beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.


Son illərdə olduğu kimi, bu il də ölkəmiz İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bioorqanik məhsulların yetişdirilməsi və istehsalı ilə məşğul olan yerli sahibkarlar üçün yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olan "Biofach-2013" sərgisində iştirak etmiş və sərgidə 5 şirkətlə təmsil olunmuşdur.


Ölkədə ekoloji təmiz kənd təsərrüfatının inkişafı sahəsində aparılan tədqiqat işlərinin səmərəliliyinin artırılmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Qeyri-neft sahələrinin inkişafı problemləri şöbəsinin baş elmi işçisi Həzi Eynalov da tədbirdə iştirak etmişdir.


İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ekoloji təmiz kənd təsərrüfatının öyrənilməsi, müvafiq təklif və tövsiyələrini hazırlanması üzrə tədqiqat işi həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir.


 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


124.jpg
  • 18 Ferval 2013
  • 1344