Рейтинг@Mail.ru

Elmi-tədqiqat işləri davam etdirilir

  • 01 Ferval 2016


Ölkəmizin sosial-iqtisadi inkişafında iqtisadiyyatın şaxələnməsi, innovasiyalı iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanmasında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitut tərəfindən bu istiqamətdə görülən işlər 2015-ci ildə də uğurla davam etdirilmişdir.

 

Əvvəlki illərdə olduğu kimi, ötən il İnstitutda qeyri-neft sektorunun, regionların, sahibkarlığın, sosial sahələrin, ixrac potensialının artırılması, qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması üçün model və üsulların işlənilməsi, iqtisadi rayonların pasportlarının yenilənməsi və s. sahələr üzrə elmi-tədqiqat və analitik təhlil işləri aparılmış, yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində tədbirlər həyata keçirilmişdir.

 

Elmi-tədqiqat işləri ilə yanaşı, İnstitut tərəfindən beynəlxalq təşkilat və maliyyə qurumları ilə birlikdə kadr potensialının gücləndirilməsi, birgə tədqiqat işinin aparılması, xarici əlaqələrin daha da genişləndirilməsi məqsədilə forum, konfrans, seminar, dəyirmi masa, təlim və s. tədbirlər təşkil edilmişdir.

 

Ötən dövr ərzində BMT-nin iqtisadi qurumları, İslam İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. maliyyə qurumları, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi yönümlü elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq davam etdirilmiş, müxtəlif sahələr üzrə birgə tədqiqatlar aparılmışdır.

 

Universitet-sənaye işbirliyi çərçivəsində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən ali təhsil müəssisələrində texnoparkların yaradılması istiqamətində araşdırmalar aparılmışdır və hazırda işlər davam etdirilir.

 

Bununla yanaşı, sahibkarların maarifləndirilməsi məqsədilə “Loqistika terminlərinin izahlı lüğəti”, “Müəssisənin rəqabətqabiliyyətliliyini necə yüksəltməli?” və  “İnnovasiya sual-cavabda”  adlı yardımçı vəsaitlər hazırlanmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


14.jpg
  • 01 Ferval 2016
  • 1398