Рейтинг@Mail.ru

Xülasələrin təqdim edilməsi üçün son tarix başa çatmışdır

  • 07 May 2013


Məlumat verildiyi kimi, İqtisadi Əməkdaşlıq Təşkilatı və “EcoMod Networking” Şirkətinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcəck “Enerji, regional integrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq Konfrans keçiriləcəkdir. Xülasələrin təqdim edilməsi üçün son tarix artıq başa çatmışdır.

 

Konfransa Azərbaycan da daxil olmaqla, ABŞ, Almaniya, İran, Pakistan, Gürcüstan, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Yeni Zenlandiya, Nigeriya, Ərəb Əmirlikləri, İspaniya, Türkiyə, Böyük Britaniya və Özbəkistandan, ümumilikdə, 18 ölkədən 70-dən çox xülasə təqdim edilmişdir. Təqdim edilmiş xülasələrin əksəriyyəti enerji və sosial-iqtisadi inkişaf mövzularını əhatə edir.

 

Hazırda xülasələrə baxış keçirilir və müəlliflər növbəti həftədən etibarən konfransın qaydalarına uyğun olaraq məlumatalandırılacaqlar.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



145.jpg
  • 07 May 2013
  • 1269