Рейтинг@Mail.ru

Əməkdaşlıq haqqında memorandum imzalanmışdır

  • 21 May 2013


Mayın 21-də İqtisadi İnkşaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

 

Memorandumda kadr potensialının artırılması, birgə elmi və elmi-texniki tədbirlərin təşkili və tədqiqatların aparılması sahəsində əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur.

 

Daha sonra Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Səlahəddin Balcının məruzəsi ilə texniki peşə təhsili sahəsində Türkiyə təcrübəsi mövzusunda seminar keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları ilə yanaşı, İnstitutunun doktorant və dissertanlarınən iştirak etdiyi seminarda son 30 ildə texniki peşə təhsili sahəsində Türkiyə təcrübəsi, perspektivlər və çətinliklərdən bəhs edilmiş, beynəlxalq təcrübə müzakirə edilmişdir.     

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



147.jpg
  • 21 May 2013
  • 1395