İyunun 21-də İqtisadi
İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunda “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma
prosesi: üzvlüyün potensial təsirləri və onların təhlili yolları” mövzusunda seminar
keçirilmişdir. Seminarda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun
əməkdaşları və doktorantlar iştirak etmişlər.
Tədbirdə 20-yə yaxın ölkənin ÜTT-yə üzvlük
prosesində iştirak etmiş beynəlxalq ekspert Fərhat Yauvakim məruzə ilə çıxış
etmiş, Azərbaycanın ÜTT-yə üzvlük prosesinin hazırkı vəziyyəti barədə
iştirakçılara ətraflı məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar
cavablandırılmışdır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.