İyunun 4-də İqtisadi İnkişaf
Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ABŞ-ın Brandies
Universitetinin Beynəlxalq Biznes Məktəbinin dosenti, prof. Can Erbilin
başçılığı ilə ölkəmizdə səfərdə olan magistratura pilləsinin məzunları ilə
görüş keçirilmişdir. Görüşdə İnstitutun əməkdaşları və doktorantları iştirak
etmişlər.
İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qonaqları salamlayaraq
belə tədbirlərin əlaqələrin genişlənməsi və təcrübə mübadiləsi baxımından
əhəmiyyətini qeyd etmişdir.
Brandies Universitetinin
Beynəlxalq Biznes Məktəbinin dosenti, prof. Can Erbil isə öz növbəsində görüşün
təşkilinə görə minnətdarlıq etmiş, təmsil etdiyi universitet barədə görüş
iştirakçılarına geniş məlumat vermişdir.
İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun doktorantı Elxan Mikayılov İnstitutun yaranma
tarixi, aparılan tədqiqatlar, qurumun digər xarici elm-təhsil müəssisələri ilə
əlaqələri barədə təqdimatla çıxış etmişdir.
E.Mikayılov Brandies
Universitetinin Beynəlxalq Biznes Məktəbinin magistratura pilləsinin
məzunlarının suallarını cavablandırmışdır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.