Рейтинг@Mail.ru

“Ərzaq iqtisadiyyatı: ABŞ-ın təcrübəsi” mövzusunda seminar keçirilmişdir

  • 04 İyun 2013


İyunun 4-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Ərzaq iqtisadiyyatı: ABŞ-ın təcrübəsi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Qafqaz Universitetinin əməkdaşları və doktorantlar iştirak etmişlər.

 

Seminarda ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin iqtisadçısı Aylin Kumcu ABŞ-da qida və kənd təsərrüfatı sahəsində həyata keçirilən siyasət, az təminatlı ailələrin qida ilə təmin olunması sahəsində görülən işlər barədə məlumat vermişdir.

 

Tədbir çərçivəsində ərzaq iqtisadiyyatı sahəsində müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

151.jpg
  • 04 İyun 2013
  • 1498