Рейтинг@Mail.ru

“Qərbin Şərqi, Şərqin Qərbi” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir

  • 05 İyun 2013


5-8 iyun tarixlərində Prinzendə (Kosova Respublikası) “Qərbin Şərqi, Şərqin Qərbi” (“International Conference West of the East, the East of the West”) mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdən 400-ə yaxın məruzəçi ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun xarici dissertantı Yəhya Özdəmir də iştirak etmişdir.

 

Türkiyənin Yalova Universitetinin müəllimi Y.Özdəmir tədbirdə “Türkiyənin elm və texnologiyalar parkının yaradılması təcrübəsi (Yalova təcrübəsi)” adlı məruzə və təqdimatla çıxış etmişdir.

 

Tədbir haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər http://balconf.balikesir.edu.tr/ internet səhifəsinə müraciət edə bilərlər.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



152.jpg
  • 05 İyun 2013
  • 1687