Рейтинг@Mail.ru

“İqtisadi Modelləşdirmə - EcoMod 2013” mövzusunda konfrans keçirilmişdir

  • 09 İyul 2013


1-3 iyul tarixlərində EcoMod Networking və Çexiyanın Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Praqada “İqtisadi Modelləşdirmə - EcoMod 2013”  mövzusunda 13-cü Beynəlxalq  konfrans keçirilmişdir. 3 gün davam edən konfransda 57 ölkədən 178-ə yaxın nümayəndə iştirak etmişdir.

 

Tədbirdə “Xərc–Buraxılış Modelləri” alt seksiyasına sədrlik edən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev  “Müxtəlif iqtisadi sektorlar üzrə mənfəət vergisinin optimal dərəcəsinin müəyyən edilməsi modeli” mövzusunda təqdimatla çıxış etmiş, institutda modelləşdirmə sahəsində aparılan tədqiqatlar, Azərbaycanın ümumi tarazlıq modeli-AZMOD və 5-6 sentyabr tarixlərində Bakıda keçiriləcək “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin İqtisadi Beyin mərkəzlərinin 1-ci Bakı Forumu” çərçivəsində keçiriləcək “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda 1-ci Beynəlxalq Konfrans haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

 

Tədbirdə həmçinin, müxtəlif mövzular üzrə müzakirələr, “Bakı Forum-Konfrans” hazırlıqları istiqamətində fikir mübadiləsi aparılmışdır. 

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



154.jpg
  • 09 İyul 2013
  • 1824