Sentyabrın 5-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT)
üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayacaq. Tədbirdə
iştirak etmək məqsədilə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin
rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları Bakıda səfərdədir.
Forum çərçivəsində bu gün İƏT-ə üzv ölkələrin İqtisadi
Beyin Mərkəzlərinin nümayəndələrinin işçi görüşü keçirilmişdir. Görüşdə elmi tədqiqatlar
üzrə əməkdaşlıq istiqamətlərinə, İƏT-ə üzv ölkələr arasında regional
inteqrasiyanın dəstəklənməsinə, beyin mərkəzlərinin daimi əlaqələndirmə
şurasının yaradılmasına və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutu ilə Pakistan və Qırğızıstanın analoji qurumları
arasında, o cümlədən Azərbaycan, Qırğızıstan, Qazaxıstan və "EcoMod
Networking" şirkəti arasında əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
Sabah isə Bakı Biznes Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu çərçivəsində "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfrans keçiriləcək.
© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.