Рейтинг@Mail.ru

“EcoMod Network” Şirkətinin və “AzMod”un nümayəndələri ilə görüş keçirilmişdir

  • 09 Sentyabr 2013


Sentyabrın 9-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “EcoMod Network” Şirkətinin nümayəndələri və “AzMod” Ümumitarazlıq Modelinin ekspertləri ilə görüş keçirilmişdir.

 

Görüşdə 5-6 sentyabr tarixlərində Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı Forumu və “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda I Beynəlxalq Konfransının nəticələri, həmçinin gələn il keçirilməsi planlaşdırılan növbəti foruma hazırlıq, iqtisadi modelləşdirmə üzrə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilmişdir.

 

Görüşdə “AzMod” Ümumitarazlıq Modelinin və bu sahədəki mövcud təcrübənin genişləndirilməsinin, eləcə də bu məqsədlə bu ilin sonlarında İƏT-ə üzv ölkələrin mütəxəssisləri üçün təlimin keçirilməsinin vacibliyi vurğulanmışdır.

 

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


158.jpg
  • 09 Sentyabr 2013
  • 1370