Рейтинг@Mail.ru

"Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs keçirilmişdir

  • 12 Sentyabr 2013


26 avqust–6 sentyabr tarixlərində Beynəlxalq Maliyyə Fondu və Birləşmiş Vyana İnstitutunun birgə təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində "Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs keçirilmişdir. Təlimdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova iştirak etmişdir.

 

Makroiqtisadi idarəetmə və fiskal siyasət sahəsində biliklərin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-kursda iqtisadiyyatda dövlətin rolu, makroiqtisadi stabilləşmə və büdcə-vergi sferasının idarəedilməsi, vergi-büdcə və pul-kredit siyasəti arasında qarçılıqlı əlaqə, büdcə-vergi siyasəti göstəricilərinin ölçülməsi və Portuqaliyada fiskal islahatlar və sair mövzularda məruzələr dinlənilmişdir.

 

Tədbirdə Latviya, Ukrayna, Belarusiya, Qırğızıstan, Türkiyə və s. kimi 25 ölkədən 32 dinləyici iştirak etmişdir. Sonda iştirakçılara setifikatlar təqdim olunmuşdur.

 


 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.



159.jpg
  • 12 Sentyabr 2013
  • 1798