Рейтинг@Mail.ru

Əməkdaşımız təcrübə proqramında iştirak edir

  • 12 Sentyabr 2013


İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Sahibkarlıq və regional inkişaf problemləri şöbəsinin aparıcı elmi işçisi Sahib Kazımov “ALRAKIS II” proqramı çərçivəsində Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutunda 1 aylıq akademik təcrübə proqramında iştirak edir. 1-30 sentyabr tarixlərində Tallinn şəhərində keçiriləcək təcrübə proqramına professor Sirje Virkus rəhbərlik edəcəkdir.

 İştirakçılara Avropa Birliyinə üzv ölklərin ən qabaqcıl universitet və tədqiqat mərkəzlərində tədqiqat aparmaq imkanı yaradan bu proqram çərçivəsində əməkdaşımız informasiya cəmiyyətinin inkişaf problemləri, elektron dövlət quruculuğu, regionlar arasındakı rəqəmsal fərqlərin qiymətləndirilməsi və s. kimi məsələlər üzrə tədqiqat aparacaqdır. 

 Xatırladaq ki, “ALRAKIS II” Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi çərçivəsində maliyyələşdirilən və Cənubi Qafqaz və Ukraynada akademik təcrübə mübadiləsinin həyata keçirilməsi üçün maliyyələşdirilən ikinci proqramdır. Ümumilikdə “ALRAKIS II” proqramı 2012-ci ilin 15 iyulundan 2016-cı ilin 14 iyul tarixinədək davam edəcəkdir.  

 Proqram haqqında əlavə məlumat almaq istəyənlər bu keçiddən istifadə edə bilərlər: http://www.alrakis2.eu/index.asp?p=1755&a=1733

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.

 

160.jpg
  • 12 Sentyabr 2013
  • 1730