Sentyabrın 13-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Sabancı Universitetinin nümayənədləri ilə
görüş keçirilmişdir. Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə
edilmişdir.
Qeyd edək ki, Sabancı Universitetinin nümayənədləri sentyabrın 10-dan
etibarən Bakıda səfərdədir. Səfərin məqsədi təlimlər yolu ilə inkişaf
imkanları, marketinq, liderlik, sahibkarlığın inkişafına dəstək təlimləri, məsləhət
xidmətlərinin verilməsində Sabancı Universitetinin uzun illik təcrübəsinin Azərbaycanda
tətbiq imkanlarının araşdırılmasıdır.
Məlumat üçün bildirək ki, Sabancı Universiteti Türkiyənin dövlət təşkilatları
üçün məsləhət xidmətlərinin verilməsində geniş təcrübəyə malikdir.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.