Рейтинг@Mail.ru

Kazanda V Beynəlxalq İqtisadi Sammit keçirilmişdir

  • 02 Oktyabr 2013


2-3 oktyabr tarixlərində Tatarıstanın Kazan şəhərində V Beynəlxalq İqtisadi Sammit keçirilmişdir. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının, beynəlxalq təşkilatların, bir sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri ilə yanaşı, bank, biznes, tədqiqat və digər sahələrdə fəaliyyət göstərən mütəxəsislər iştirak etmişlər.

 

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycanın iqtisadiyyatı: ticarət imkanları və investisiya prioritetləri” mövzusunda təqdimatla çıxış etmişdir.

 

Qeyd edək ki, 2009-cu ildən etibarən keçirilən Kazan Sammiti Tatarıstan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi ilə təşkil edilir. Ötən il Sammitdə 1000-dən çox nümayəndə iştirak etmişdir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



163.jpg
  • 02 Oktyabr 2013
  • 1315