26-29
dekabr tarixlərində Türkiyənin Ankara şəhərində “Təlimçilər üçün təlim”
mövzusunda təlim keçirilmişdir.
Təlimdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova və baş mütəxəssis Elnur Ələkbərov iştirak etmişlər.
4 gün davam edən təlimdə hədəf qrupunun seçilməsi, təlim-layihə proqramının hazırlanması, təlim iştirakçılarının seçilməsi, və Avropa Birliyi layihələrində maliyyələşmə üçün müraciət formalarının tərtibinə dair təqdimatlar keçirilmişdir.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.