Рейтинг@Mail.ru

Elan

  • 09 Mart 2012


“Ekoloji təmiz kənd təsərrüfatının, o cümlədən üzümçülüyün  inkişaf perspektivləri” mövzusunda

Dəyirmi Masa keçiriləcəkdir

 


Martın 13-də saat 1100-da İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Ekoloji təmiz kənd təsərrüfatının, o cümlədən üzümçülüyün  inkişaf perspektivləri ” mövzusunda Dəyirmi Masa keçiriləcəkdir.

 

Tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın  2.4-cü bəndinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda həyata keçirilən “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” adlı layihə üzrə növbəti addımlardan biridir.

 

Dəyimi masaya müvafiq sahə üzrə elmi-tədqiqat müəssisələrinin əməkdaşları dəvət olunurlar.

 

Ünvan və əlaqə məlumatları:

İİETİ-nin inzibati binası, H.Zərdabi prospekti, 88a, 9-cü mərtəbə, otaq 903

Samirə Məmmədova və Sevinc Təhməzbəyova,

tel.: 4315795 (daxili 3613), email: a.ismayilova@ier.az.

 

 

TƏŞKİLAT KOMİTƏSİ

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


174.jpg
  • 09 Mart 2012
  • 1521