Рейтинг@Mail.ru

CAREC İnstitutunun açılış mərasimi və İdarəetmə Şurasının ilk iclası keçirilmişdir

  • 11 Mart 2015


2-3 mart tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun rəsmi açılış mərasimi və İnstitutun İdarəetmə Şurasının ilk iclası keçirilmişdir.


Tədbirdə quruma üzv olan ölkələrin nümayəndə heyətləri iştirak etmişlər.  Azərbaycan isə tədbirdə İqtisadiyyat və Sənaye və Nəqliyyat nazirliklərinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və CAREC-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur.


Tədbir çərçivəsində həmçinin “İqtisadi dəhlizlər və dəyərin hesablanması üzrə qlobal xətlər” mövzusunda seminar keçirilmiş və iqtisadi dəhlizlərin inkişafı vasitəsilə CAREC regionunun qlobal xətlərə qoşulması kimi məsələlər müzakirə olunmuşdur.


Qeyd edək ki, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dəstək məqsədilə 1997-ci ildə Asiya İnkişaf Bankı (ADB) nəzdində təsis edilmişdir. Region ölkələri Bankın üvz ölkələrindən Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Türkmənistan, Tajikistan və Özbəkistanla təmsil olunmaqdadır.  

 



© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


18.png
  • 11 Mart 2015
  • 1338