Рейтинг@Mail.ru

“Ekoloji təmiz kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişaf prespektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir

  • 13 Mart 2012


    Dəyirmi masa, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə Türkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında birgə icra olunan  “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlar arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilmişdir.


   Dəyirmi masanın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolunun artırılması istiqamətində tövsiyyələrin hazırlanması və bu sahədə Türkiyə təcrübəsinin araşdırılaraq ölkəmizdə tətbiqi imkanlarını, o cümlədən üzümçülüyün inkişafı məsələlərini müzakirə etməkdən və müvafiq siyasət təkliflərinin  hazırlanmasını təmin etməkdən ibarət olmuşdur.


    Dəyirmi masada Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Ege Universitetinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.


    Tədbiri giriş sözü ilə açan İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasın Prezidenti cənəb İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qeyri-neft sektorunda davamlı inkişafın təmin olunduğunu bildirmişdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” layihəsinin uğurlarından, üzümçülüyün inkişafı məsələlərindən və gələcəkdə nəzərdə tutulan işlərdən bəhs etmişdir.


    Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin Bakı koordinatoru Salih Polat isə Azərbaycanda TİKA-nın fəaliyyətindən danışmaqla layihə üzrə əməkdaşlığın strateji əhəmiyyətini vurğulamışdır. Daha sonra sözügedən layihənin koordinatoru İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Sahibkarlıq və Regional İnkişaf Problemləri şöbəsinin baş elmi işçisi Həzi Eynalov çıxış edərək ekoloji təmiz kənd təsərrüfatının inkişafının zəruriliyindən və əsas inkişaf istiqamətlərindən bəhs etmişdir.


    Dəyirmi masada Türkiyə nümyəndə heyətinin üzvləri, Ege Universitetinin professoru Uygun Aksoy “Dünyada və Türkiyədə ekoloji təmiz kənd təsərrüfatı” və Yalova Atatürk Baxça Mədəniyyət Mərkəzi Tədqiqat İnstitutunun şöbə müdiri, professor Gülay Bəşirli “Ekoloji təmiz kənd təsərrüfatının Türkiyədə inkişafı” mövzularında məruzə etdikdən sonra Ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin qiymətləndirilməsi istiqamətində SWOT təhlilin nəticələri müzakirə edilmişdir.


    Müxtəlif dövlət qurumlarından, beynəlxalq və yerli təşkilatlardan, həmçinin özəl sektordan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə dəyirmi masada aparılmış müzakirələr qarşılıqlı təcrübə mübadiləsi şəraitində keçmişdir.

 

         

          © İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


187.jpg
  • 13 Mart 2012
  • 1519