Рейтинг@Mail.ru

Avstriyada beynəlxalq seminar keçirilmişdir

  • 16 Mart 2012


    12-14 mart tarixlərində Avstriyanın Vyana şəhərində "Kənd təsərrüfatı sektoru üzrə çoxtərəfli ticarət sistemində son inkişaf” mövzusunda seminar keçirilmişdir.


    Seminarda İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti sektorunun müdiri Rövşən Mahmudov, Beynəlxalq donorlarla əməkdaşlıq sektorunun məsləhətçisi Fərhad Ələkbərov və  İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri Mətanət Rəsulova iştirak etmişlər.


    10 ölkədən 30 iştirakçının dəvət olunduğu tədbirdə ərzaq və kənd təsərrüfatının sektorları üzrə çoxtərəfli ticarət sisteminin əsas inkişaf prinsipləri, kənd təsərrüfatı üzrə Uruqvay Sazişi və Doha danışıqları, kənd təsərrüfatı sahəsində ticarətin liberallaşdırılması, ÜTT-yə üzvlük məsələləri müzakirə olunmuşdur.

 

 

          © İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


189.jpg
  • 16 Mart 2012
  • 1615