Рейтинг@Mail.ru

“Müasir iqtisadi modellər” mövzusunda seminar keçirilmişdir

  • 06 May 2015


Mayın 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Xarici iqtisadi modellər” mövzusunda seminar keçirilmişdir. Tədbirdə İnstitutun əməkdaşları və doktorantlar iştirak etmişlər.

 

Seminarda “Mevlana Değişim Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Gazi Universitetinin dosenti Murat Çetinkaya çıxış etmiş, dünya iqtisadiyyatındakı qeyri-sabitliyin iqtisadi tarazlığa, həmçinin Türkiyə iqtisadiyyatına təsirindən bəhs etmişdir.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.  

 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


19.jpg
  • 06 May 2015
  • 1330