Рейтинг@Mail.ru

Balakəndə tədbir keçirilmişdir

  • 17 Mart 2012


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci il 16 yanvar tarixində keçirilmiş Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə regionların inkişafı, yerli sahibkarların ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın məsləhət və informasiya təminatının yaxşılaşdırılması, eləcə də özəl sektora dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Martın 17-də İqtisadi İnkişaf Nazirliyinin və Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının, Şəki-Zaqatala regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və fındıq istehsalı ilə məşğul olan sahibkarlar iştirak etmişdir. Bu məqsədlə, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Sahibkarlıq və regional inkişaf problemləri” şöbəsinin müdiri Nurəddin Eynullayev Balakən rayonuna ezam olunmuşdur.

 

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını  və  məşğulluq səviyyəsinin artdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları xüsusi rola malikdir. Əlverişli təbii şərait, münbit sahibkarlıq mühiti Balakən və ətraf rayonlarda fındıqçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir fındıq emalı müəssisələrinin yaradılması üçün geniş imkanlar yaradır.

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafın təmin edildiyini vurğulamış, özəl sektorun inkişafı, qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdır. Zaur Qasımov məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırmışdır. Çıxışda fındıq istehsalının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının təşəbbüslərinin dəstəklənməsi tədbirlərinin davam etdirildiyi vurğulamışdır.

 

İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov çıxış edərək istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması,  məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən istehsal olunan fındığın xarici bazarlara çıxarılmasında "GSP+" proqramının və bu sahədə sahibkarların maarifləndirilməsinin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

 

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Sahibkarlıq və regional inkişaf problemləri” şöbəsinin müdiri Nurəddin Eynullayev “Ölkədə fındıqçılığın müasir vəziyyəti və inkişafi  istiqamətləri” mövzusunda təqdimatla çıxış etmişdir.


Eyni zamanda tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Sahibkar Qadınlar Forumunun nümayəndələri Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, ölkənin dinamik iqtisadi inkişafında sahibkarlığın rolundan bəhs etmiş, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişlər.

 

İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırmışlar.

 


 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.

 


190.jpg
  • 17 Mart 2012
  • 1579