Рейтинг@Mail.ru

“Şərq Tərəfdaşlıq ölkələri üçün elm və texnoloji əməkdaşlıq şəbəkəsi” mövzusunda təlim keçirilmişdir

  • 01 İyun 2015


26-28 may tarixlərində Belorusun Minsk şəhərində Avropa Birliyinin maliyyə dəstəyi, Belorusun Elmi və Texniki fəaliyyət sahəsində İnformasiya Təminatı və Sistemli Analiz İnstitutunun (BELISA) təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələri (Eastern Partnership) üçün elm və texnoloji əməkdaşlıq şəbəkəsi” mövzusunda təlim keçirilmişdir.


Təlimin keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri üçün regional innovativ yönümlü fəaliyyətin, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elm və texnologiyalar sahəsində Avropa Birliyinin üzv, üzvlüyə namizəd, eləcə də  Şərq Tərəfdaşlığı ölkələrindəki qabaqcıl təcrübələrin tədqimatı, mövcud təcrübələrin tərəfdaş ölkələrdə elmi tədqiqatların kommersiyalaşdırılması imkanlarının müzakirə olunmasından ibarət olmuşdur.


Tədbirdə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstandan 40-a yaxın nümayəndə iştirak etmişdir. İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri Arzu Hüseynova və Aynurə İsmayılova Azərbaycana dair təqdimatla çıxış etmişlər.

 



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


20.jpg
  • 01 İyun 2015
  • 1172