Рейтинг@Mail.ru

“Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

  • 06 İyun 2015


İyunun 5-də Şamaxı şəhərində Vergilər Nazirliyinin Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.


Konfransda respublikamızın müxtəlif qurumlarından alimlər, gənc mütəxəssislərlə yanaşı ali təhsil müəssisələrinin, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak etmişlər.

 

Tədbirdə İnstitutunun direktoru, professor Vilayət Vəliyev “Davamlı inkişaf üçün vergilərin təsir effektlərinin qiymətləndirilməsi” mövzusunda açılış məruzəsi ilə çıxış etmişdir.

 

O, Azərbaycanda vergi gəlirlərinin davamlılığı, vergi siyasətinin artırılmasında vergilərin təsir effektlərinin qiymətləndirilməsinə dair siyasət qərarlarının hazırlanmasının elmi əsaslara söykənməsinin vacibliyi qeyd edərək, mükəmməl informasiya təminatı və modellərin tətbiqi ilə təkliflərin hazırlanmasında əhəmiyyətini vurğulamışdır.

 

Daha sonra konfrans öz işini “İqtisadi inkişaf və vergi siyasəti” və “Sosial inkişaf və vergitutma” mövzuusunda iki sessiyada davam etdirmişdir.

 

Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq sazişləri imzalanmışdır.

 


 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


21.jpg
  • 06 İyun 2015
  • 1506