Рейтинг@Mail.ru

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

  • 14 Noyabr 2012


Noyabrın 12-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Aparatının və struktur bölmələrinin Yeni Azərbaycan Partiyasına üzv olan əməkdaşları iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının yaranma tarixi, inkişaf mərhələləri, ölkəmizin ictimai-siyasi həyatındakı xidmətləri barədə məlumat vermiş, 20 il ərzində qazanılan uğurlardan, ölkəmizin milli idealogiyasının formalaşmasındakı müstəsna rolundan bəhs etmiş, partiyanın ölkəmizin inkişafı naminə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusilə vurğulamışdır.

 

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Firudin Vəliyev 20 illik şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldığını vurğulamış, 20 il ərzində güclü siyasi təşkilat olaraq formalaşdığını, Vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyətini qeyd etmiş, son dövrlərdə gənclərin partiyaya marağının yüksəldiyini diqqətə çatdırmışdır.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



210.jpg
  • 14 Noyabr 2012
  • 1695