Рейтинг@Mail.ru

“Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda praktiki təlim başlanmışdır

  • 19 Noyabr 2012


Məlumat verildiyi kimi, 2011-ci ilin sonlarından etibarən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və “EcoMod” (Global Economic Modeling Network) şirkəti ilə birgə “Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin işlənilməsi” layihəsi həyata keçirilir.

 

Layihə çərçivəsində noyabrın 19-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda 5 günlük təlim-seminarlara başlanmışdır. Təlimdə İqtisadi İnkişaf Nazirliyinin və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edir.

 

“EcoMod” (Global Economic Modeling Network) şirkətinin prezidenti Əli Bayar və şirkətin eksperti Suat Sisiki tərəfindən aparılan seminarın keçirilməsində məqsəd mütəxəssislərə ümumi tarazlıq modelinin praktiki tətbiq üçün “GAMS” (Generalized Algebriac Modelling System) proqram təminatının öyrədilməsidir.

 

Təlim-seminarlar noyabrın 23-dək davam edəcək.

 

Bu praktiki təlimdən sonra layihənin yekunlarına həsr olunmuş dəyirmi masanın keçirilməsi də nəzərdə tutulur.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


211.jpg
  • 19 Noyabr 2012
  • 1297