Рейтинг@Mail.ru

“Fiskal analiz və proqnozlaşdırma” mövzusunda təlim keçirilmişdir

  • 09 İyun 2015


Beynəlxalq Valyuta Fondunun (IMF) və Gürcüstanın Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 25 may–6 iyun tarixlərində Tbilisi şəhərində “Fiskal analiz və proqnozlaşdırma” mövzusunda təlim kursu keçirilmişdir.

 

Təlimdə fiskal siyasət və makroiqtisadiyyat, fiskal hesabın təhlili, fiskal layihələr üçün kəmiyyət metodları, vergi siyasəti prinsipləri və praktikası, gəlir proqnozlaşdırmasının elementləri, xərc siyasəti, makroiqtisadi siyasətin koordinasiyası, fiskal multiplikatorun hesablanması və istifadəsi, dövri və struktur balanslar kimi mövzularda məruzələr dinlənilmiş və bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

 

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin müdiri vəzifəsinin icraçısı Arzu Süleymanov iştirak etmişdir.

 

Təlim iştirakçıları iyunun 5-də “Mərkəzi Asiya və Şimali Qafqazda büdcə və fiskal siyasət” mövzusunda regional konfransda iştirak etmişlər. Konfransda Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycan, Türkiyə və Qırğızıstandan nümayəndə heyətləri iştirak etmişlər.   

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

22.png
  • 09 İyun 2015
  • 1392