Рейтинг@Mail.ru

Gənc tədqiqatçıların nəzərinə!

  • 12 İyul 2016

Leiden Universiteti–CML tərəfindən idarə olunan beynəlxalq konsorsium Ellen MacArthur Fondu və digər əsas sənaye qurumları ilə birgə Avropa Birliyi (AB) Marie Curie İnnovasiya Təlim Şəbəkəsini (EU Marie Curie Innovative Training Network (MC ITN)) qalibi olmuşdur.


Bu çərçivədə Şəbəkənin AB-nin 5 ölkəsində, 7 institutnda olmaqla 15 doktorantura yeri vakantdır. Yerlər aşağıdakı ixtisas sahələri üzrədir:

  1. Biznesin Modelləşdirilməsi
  2. Dəyər Zəncirinin İdarəolunması
  3. İstehlak/Davranış Elmləri
  4. Sənaye Dizayn
  5. Sistemlər və Siyasət Təhlili (siyasətin simulyasıyası, LCA və ekoloji/iqtisadi xərc-buraxılış modelləşdirilməsi)

Maraqlanan gənc tədqiqatçılar sənədlərini 15 avqust 2016-cı il tarixinədək sollicitaties@cml.leidenuniv.nl elektron-poçt vasitəsilə göndərməklə müraciət etməlidirlər. Namizədlərin ilkin seçimi 12 sentyabr 2016-cı il tarixində Leiden şəhərində (Hollandiya) baş tutacaqdır.

 

Ətraflı məlumatı Ingilis dilində məlumat vərəqəsini yükləməklə, eləcə də http://werkenbij.leidenuniv.nl/vacatures/phd-posities/16-217-vacancies-leiden-university-phd-candidates-on-the-subjects-of-business-modelling-reverse-logistics-consumer-behaviour-sustainable-design-environmental-and-economic-assessments-.html keçidindən istifadə etməklə əldə etmək olar.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


239.jpg
  • 12 İyul 2016
  • 1421