Рейтинг@Mail.ru

“TWAS-CIIT” doktoranturadan sonra tədqiqat üçün təqaüd proqramı elan edilir!

  • 18 İyul 2016

Cari ilin 31 avqust tarixinədək təbiət və ya sosial elmlər sahələrində tədqiqat aparmaq istəyənlər üçün
“TWAS-CIIT” doktoranturadan sonra – Tədqiqat Təqaüd proqramı elan edir

            Proqramda Pakistan İsla Respublikasından başqa digər inkişaf etməkdə olan ölkələrin vətəndaşları iştirak edə bilərlər.

 

Proqramın yerli patnyoru Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutudur (CIIT). Təqaüd Proqramının müddəti ən azı 6 aydan ən çoxu 12  ayadəkdir. Yerli təşkilatçı iştirakçıların qonaqlama, qidalanma və sağlamlıqla bağlı xərclərini ödəyir.

 

Proqramda iştirak etmək istəyənlər İngilis dili bilməli, aşağıdakı şərtləri ödəməli və göstərilən sənədləri təqdim etməlidirlər:

 

-  Pakistandan başqa digər inkişaf etməkdə olan ölkələrdən birinin vətəndaşı olmalı;

-  Pakistanda olmamalı;

-  Pakistanda və yaxud digər ixtiyari inkişaf etməkdə olan ölkədə müvəqqəti və yaxud daimi yaşayış məqsədilə viza almamalı;

-  Təbiət və sosial elmləri sahələrinə uyğun olaraq, fəlsəfə doktoru dərəcəsinə malik olmalı;

-  Təqaüd proqramına fəlsəfə doktoru elmi dərəcəsinin alınmasından 5 il sonrakı müddətdə müraciət etməli;

-  Pakistandan başqa digər inkişaf etməkdə olan ölkədə daimi tədqiqat xarakterli işdə işləməli;

-  Sağlamlıq haqqında sənəd təqdim etməli;

-  CIIT-dən dəvət məktubu almış olmalı;

- CIIT-dən dəvət məktubunun alınmasına dair müraciət etmək üçün CV və qısa tədqiqat planını Dr. Tariq-Ur-Rahmana (tariqurrahman@comsats.edu.pk) göndərməli;

-  İngilis dili biliyinə dair təsdiqedici sənədi təqdim etməli;

-  Təqaüd proqramı başa çatdıqdan sonra öz ölkəsinə qayıdacağına dair təsdiq edici sənəd təqdim etməli;

-  Təqaüd proqramı boyunca hər hansı digər bir öhdəliyi öz üzrinə götürməməli;

-  Onu müşayiət edəcək ailə üzvlərinin xərclərini ödəyə biləcək imkana sahib olmalı;

-  İş yerindən xasiyyətnamə (təqdimat).

 

Maraqlananlar ingilis dilində proqramda iştiraka dair qaydaları ərizə formasını yükləyə, eləcə də aşağıdakı əlaqə vasitələrilə ətraflı məlumat əldə edə bilərlər:

 

TWAS Təqaüd İdarəsi

ICTP şəhərciyi, Strada Costiera 11. 34151, Trieste, İtaliya

Tel: +39 040 2240 314

Faks: +39 040 2240 689

E-mail: fellowships@twas.org

 

COMSATS İnformasiya Texnologiyaları İnstitutu (CIIT)

Dr. Tariq-Ur-Rahman

Beynəlxalq Əlaqələr idarəsi, məsləhətçi

Park Road, Chak Shahzad

İslamabad, Pakistan

Tel: (+9251) 9049 5272
Faks: (+9251) 924 7010
E-mail: 
tariqurrahman@comsats.edu.pk

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


240.jpg
  • 18 İyul 2016
  • 1494