Рейтинг@Mail.ru

Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramında iştirak imkanı

  • 19 İyul 2016

Hindistan Hökuməti tərəfindən maliyyələşdirilən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (ITEC) çərçivəsində 2016-2017-ci illərdə Hindistanda keçirilən müxtəlif təlim-proqramlarında iştirak etmək imkanı yaradılır.

 

Xüsusilə dövlət qurumlarında fəaliyyət göstərən şəxslərin iştirakına üstünlük verilən proqramda iştirak qaydaları (keçirilmə şəhəri və yeri, keçirilmə tarixləri, əlaqələndirici şəxslər və s.) hər mövzuya əsasən müxtəlifdir.    

 

İştirak etməyi arzu edənlər proqramın İngilis dilində məlumat kitabçası ilə diqqətlə tanış olmalı, doldurulmuş ərizə formasını digər zəruri sənədlərlə birlikdə Hindistanın Bakıdakı Səfirliyinə təqdim edilməlidir.

 

Qeyd edək ki, Səfirlik ancaq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəsilə təqdim edilən ərizələri qiymətləndirir.

 

Ətraflı məlumat əldə etmək istəyənlər (i) məlumat kitabçasını(ii) ərizə formasını yükləyə və ya http://www.itec.mea.gov.in, http://www.indianembassybaku.in/eoi.php?id=Itec internet səhifələri izləyə bilərlər. 




© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 


241.jpg
  • 19 İyul 2016
  • 1967