Рейтинг@Mail.ru

Məqalələrin qəbulu üzrə çağırış! 2-ci İllik İslami Maliyyələşmə Simpoziyumu!

  • 20 İyul 2016


Tədqiqatçıların və elmi işçilərin nəzərinə! 

 

Cari ilin 28-29 oktyabr tarixlərində Mərakeşdə "İslami Mikromaliyyələşmə" mövzusunda İkinci İllik Simpoziyum keçiriləcəkdir.

 

“Uzun-müddətli maliyyələşmə və İslami kapital bazarlarının inkişafı. 2008-ci il Qlobal Maliyyə Böhranından sonra” mövzusunda təşkil ediləcək 2-ci İllik İslami Maliyyələşmə Simpoziyumunun həm-təşkilatçıları Dünya Bankı, İslami Tədqiqatlar və Təlim İnstitutu və Maliyyə Qrupunun Rəhbərliyidir (Guidance Financial Group).  

 

Nəzəri və empirik tədqiqatlar üzrə məqalələrin seçimində əsasən aşağıdakı mövzulara üstünlük veriləcəkdir:

 

1.        Uzun-müddətli investisiyalarda İslami kapital bazarlarının rolu

2.        Uzun-müddətli investisiyanın təşviqi üçün İslami maliyyələşmənin rolu

3.        Səhm bazarları uzun-müddətli investisiya kimi

4.        Kapital bazarlarında risklərin paylanması əsaslı təhlükəsizliyin təşviqi

5.        KOS-ların maliyyələşməsi üçün innovativ İslami modellər

6.        Uzun müddətli mənzil təminatı maliyyələşməsi və İslami maliyyələşmə modelləri

7.        İnfrastrukturun maliyyələşməsi

8.        Bələdiyyənin maliyyələşməsi

9.        İslami maliyyələşmə yolu ilə uzun müddətli maliyyələşməyə dair nümunələr

10.    Uzun müddətli maliyyələşmədə çoxtərəfli İnkişaf Banklarının rolu

11.    İslami kapital bazarları haqqında bazar infrastrukturu və tənzimləyici çərçivə (normativ-hüquqi baza)

12.    Sukuk ilə ilkin və ikinci bazar məsələləri

13.    Sukuk qiymətləndirmə

14.    Uzun müddətli maliyyələşmədə mühafizə riskləri

15.    Uzun müddətli maliyyələşmədə maliyyə vasitələrinin rolu

 

Xatırladaq ki, seçilən məqalələrin müəlliflərindən biri tədbirin işində iştirak və məruzə etmək üçün dəvət olunacaqlar. Dəvət olunan müəllifin beynəlxalq nəqliyyat və qonaqlama xərcləri tədbirin həm-təşkilatçıları tərəfindən ödəniləcəkdir.

 

Maraqlananlar ətraflı məlumat əldə etmək üçün göstərilən keçiddən istifadə edə bilərlər: http://submit.confbay.com/conf/idbwbs2016.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


242.jpg
  • 20 İyul 2016
  • 1601