Рейтинг@Mail.ru

Birləşmiş Vyana İnstitutunda (JVI) növbəti təlim üçün müraciət müddəti yaxınlaşır

  • 09 Avqust 2016

      Birləşmiş Vyana İnstitutu (JVI) tərəfindən təşkil edilən növbəti “Siyasət Qərarlarının hazırlanması üçün Dinamik Stoxastik Ümumitarazlıq (DSGE) modellərindən istifadə (JV16.34 )” mövzusunda təlim kursuna müraciət etmək üçün sonuncu tarix yaxınlaşır.

 

İştirakçılar dinamik stoxastik ümumitarazlıq modelləri (DSGE) vasitəsilə maliyyə-kredit və vergi-büdcə məsələləri üzrə makroiqtisadi analizlərin aparılmasına cəlb edilmiş orta və yuxarı səviyyəli vəzifələrdə fəaliyyət göstərənlərdən ibarət olacaq.

 

Maraqlananlar iqtisadiyyat və yaxud müvafiq sahədə ali (elmi) dərəcəyə, texniki bacarıqlara, MATLAB və yaxud digər müvafiq proqram təminatları üzrə biliklərə malik olmalıdır.

 

Beynəlxalq Maliyyə Fondunun (IMF) Potensialın Gücləndirilməsi İnstitutu (ICD) tərəfindən təşkil ediləcək iki həftəlik təlim proqramı DSGE modellərinin tətbiqinə və şərhinə həsr olunacaqdır.

 

Təlimə dair texniki məlumatlar

Başlanğıc-son tarixlər: 5 – 16 dekabr 2016-cı il

Təlimin dili: İngilis dili

Maliyyələşdirən qurum: Beynəlxalq Maliyyə Fondu (IMF)

Elektron (online) müraciət üçün keçid: http://www.jvi.org/training/course-schedule-2016/course/16IM34.html

Müraciət üçün sonuncu tarix: 19 avqust 2016-cı il

 

Xatırladaq ki, Birləşmiş Vyana İnstitutu (JVI) Mərkəzi, Şərqi və Qərbi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsasən dövlət sektorunda fəaliyyət göstərənlər üçün nəzərədə tutulmuş regional təlim mərkəzidir.

İnstitut 1992-ci ildə Avstriyanın (Federal Maliyyə Nazirliyi və Mərkəzi Bank qismində) səlahiyyətli şəxsləri, Beynəlxalq Maliyyə Fondu (IMF) və digər beynəlxalq qurumlar tərəfindən təsis edilmişdir.  

JVI əsasən makroiqtisadi siyasətin formalaşması və idarəolunması; vergi siyasəti; gəlirlərin (dövlət gəlirlərinin) idarəolunması; xərclərin idarəolunması; vergi-büdcə institutuları və idarəetmə; hüquqi-normativ çərçivə; makroiqtisadi və maliyyə statistikası və bu kimi bir-sıra xüsusi məsələlər üzrə 1 həftədən iki həftəyədək müddətdə təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir.

Qarşısına qoyulan məqsədi həyata keçirməsi üçün JVI Avstriya Hökuməti və 6 beynəlxalq qurum tərəfindən maliyyələşdirilir.         

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 



244.jpg
  • 09 Avqust 2016
  • 1673