Рейтинг@Mail.ru

Bolonya Universiteti doktoranturadan sonra tədqiqatçı qəbulu ELAN EDİR!

  • 16 Avqust 2016

İtaliyanın Bolonya Universitetinin İdarəetmə Fakültəsi tərəfindən Texnologiyaların və İnnovasiyaların İdarəolunması üzrə 2 illik müddətə doktoranturadan sonra tədqiqatçı (post-doc researcher) qəbulu elan edilir.

 

Hazırkı vakansiya Avropa Komissiyasının Horizon 2020 “Texnoloji Transferdə Potensialın Gücləndirilməsi” fəaliyyəti çərçivəsində maliyyələşdirilən “İrəliləyiş Texnoloji Transfer (PROGRESS TT)” mövzusunda tədqiqatın bir hissəsidir.

 

Tədqiqat layihəsi çərçivəsində texnoloji transfer fəaliyyətlərinin sürətləndirilməsi məqsədilə universitetlər/tədqiqat mərkəzləri və maliyyə institutları arasında müxtəlif əməkdaşlıq formaları tədqiq olunacaqdır.

 

İcraçı (seçilən tədqiqatçı) elmi-tədqiqat işini göstərilən istiqamətlər üzrə aparacaqdır:

a) universitetlərin “spin-off” və “start-ups” biznes modellərinə istinad edərək yeni vençurların öz təsisçi komandalarını necə strukturlaşdırmasına dair ilkin qərarlar;

b) universitetlərin “spin-off” və “start-ups” biznes modelləri üzrə xarici Vençur Kapital (VC) fondlarından və yaxud biznes mələklərindən maliyyələşmənin cəlb edilməsi bacarığına təsir edən faktorlar.  

 

Seçilən tədqiqatçının aylıq (xalis) gəliri 1500 Avrodur. Bundan başqa səfər və konfransda iştirakın maliyyələşməsi mümkündür.

 

İddiaçının iqtisadiyyat, idarəetmə və yaxud müvafiq sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahib olması və yaxud adı çəkilən elmi dərəcənin alınması üzrə olması tələb edilir. Sahibkarlığın maliyyələşməsi, texnologiyaların transferi və yaxud intellektual mülkiyyət-patentlərin idarəolunması sahəsində təcrübəsi olan iddiaçılara üstünlük veriləcəkdir, lakin bununla belə bütün sahələrdən müraciətlərin ünvanlanması məqbuldur.

 

İştirak etmək arzusunda olan iddiaçılar yazılı bəyannaməni-ərizə forması dolduraraq, bioqrafiya (CV), nəşrlərin siyahısıtövsiyyə məktubları ilə birlikdə 7 sentyabr 2016-cı il tarixinədək aşağıda göstərilən poçt ünvanına göndərilməsinə nail olmalıdırlar.

 

Seçim namizədin bioqrafiyası, elmi nəşrləri və tövsiyyə məktublarının əsasında aparılacaqdır.

 

Poçt ünvanı: 

Elmi Şirkətlər Şöbəsi

Via Capo di Lucca 34,

40126 Bolonya, İtaliya

Elektron-poçt ünvanı: disa.dipartimento@pec.unibo.it

 

Xatırladaq ki, müsahibə üçün ilkin seçilmiş namizədlərin siyahısı həftənin Bazar ertəsi, 12 sentyabr 2016-cı il tarixində qurumun (müvafiq şöbənin) internet səhifəsində yayımlanacaqdır:  http://www.scienzeaziendali.unibo.it/it/dipartimento/amministrazione-1/bandi-del-dipartimento-discienze-aziendali.

 

Müsahibə isə növbəti Bazar ertəsi, 19 sentyabr 2016-cı il tarixində qurumun göstərilən ünvanında saat 9:30-da keçiriləcəkdir. Müsahibələr zərurətə görə “Skype” əlaqə proqramı vasitəsilə aparıla biləcəkdir.

 

Nəhayət, qalib namizədlə 30 sentyabr 2016-cı il tarixində müqavilə imzalanaqdır.

 

İddiaçıların (i) qaydaları(ii) fəaliyyət proqramını yükləyək tanış olmaları, eləcə də ətraflı məlumat üçün müvafiq internet səhifəsini izləmələri tövsiyyə olunur:   http://www.scienzeaziendali.unibo.it/en/department/administration/calls-for-application-issued-by-the-department-of-management.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

246.jpg
  • 16 Avqust 2016
  • 1741