Рейтинг@Mail.ru

Tədqiqat Təqaüd Proqramı (RFP) üçün ərizələr bütün il ərzində qəbul olunur

  • 24 Avqust 2016

Türkiyə Təqaüdləri tərəfindən tədqiqatçıların beynəlxalq elmi mübadiləsinin inkişaf etdirilməsinə töhvə vermək məqsədilə onların Türkiyədəki elm adamları ilə əməkdaşlıq, birgə tədqiqat aparılmasını dəstəkləyərək Tədqiqat Təqaüd Proqramı (RFP) elan etmişdir.

 

Elmi keyfiyyətlər  

İddiaçı və yaxud rəhbərlik edəcək elmi məsləhətçi tərəfindən daha əvvəldən tədqim edilmiş tədqiqat təklifləri qəbul edilməyəcəkdir. Tədqiqat təklifləri üçün müəyyən edilmiş tədqiqat sahələri limit həddindədir, odur ki, iddiaçıların müraciət etmədən əvvəl tədqiqat sahələrinə qoyulan tələblə tanış olmaları tövsiyyə olunur.

 

2016-2017-ci tədqiqat ili üçün müəyyən edilmiş tədqiqat sahələri aşağıdakı kimidir:

                Antropologiya

Arxeologiya

Arxiv tədqiqatlar

Avropada vətəndaşlıq

Sülh və münaqişə tədqiqatları

Sahə tədqiqatları

Münaqişə və təhlükəsizlik

Demokratik institutların qurulması

Demokratikləşmə

Xarici siyasət

Etnik

Fəlsəfə

Filologiya

İmiqrasiya və qaçqınçılıq

I və II Dünya müharibələri

İqtisadiyyat və alt-bölmələri

Teologiya

İnsan haqqları

İnsan qaynaqlarının idarəolunması

İslami Maliyyələşmə

İslamofobiya

Dövlət sektorunun maliyyələşməsi

Dövlət siyasəti

Dövlət idarəetməsi

Müqayisəli siyasət

Mədəni tədqiqatlar

Mediya və mədəniyyət

Osmanlı tarixi

Politologiya (Siyasi elmlər)

İctimai hərəkatlar

Sosiologiya və alt-bölmələri

Müstəmləməkə tarixi

Tarix və alt-bölmələri

Türk Təhsili

Türkologiya

Beynəlxalq münasibətlər

Beynəlxalq ictimai hüquq

Müdaxilə və dövlət quruculuğu

Beynəlxalq təşkilatlar

Beynəlxalq siyasi nəzəriyyə

Yeni mediya

 

Qiymətləndirmə prosesində iddiaçının elmi səriştəsi, tədqiqat təklifinin elmi/praktiki çəkisi və təklifin həyata keçirilmə imkanları nəzərə alınacaqdır. Bununla yanaşı, təklif olunan tədqiqatın iddiaçının kariyerasının, onun təmsil etdiyi ölkənin və dəvət edən universitetin inkişafındakı töhvəsi də qiymətləndiriləcəkdir.

 

Ərizənin təqdim olunma prosesi

Ərizələr elektron (online) şəkildə qəbul olunurlar. İddiaçılar ərizələrini bütün il boyunca təqdim edə bilərlər. İddiaçılar aşağıdakı keçiddən istifadə edərək, eləcə də zəruri sənədlərin elektron surətlərini sistemə yükləməklə elektron (online) şəkildə müraciət etməlidirlər. Ərizələr təqdim edildikdən 3 ay müddətində qiymətləndiriləcəklər. İddiaçılar seçimin nəticələrinə, həmçinin növbəti addımlara dair ətraflı məlumatı elektron-poçtları vasitəsilə əldə edəcəklər.

 

Ərizənin təqdim olunmasına dair tələblər

Fəlsəfə doktoru elmi dərəcəsinə malik olan və yaxud hazırda doktoranturada təhsilini davam etdirən Türkiyə Respublikasından başqa dünyanın ixtiyari ölkəsinin vətəndaşları Tədqiqat Təqaüd Proqramına (RFP) müraciət etmək hüququna sahibdirlər.

 

İddiaçılar doktorantura təhsilini başa çatdırmış olmalı və yaxud dissertasiya mərhələsində olmalıdırlar. Qeyd edək ki, iddiaçılar tədqiqat üçün Türkiyədəki Universitetdən rəsmi qəbul/dəvət məktubu almış olmalıdırlar. (Qəbul yaxud dəvət məktubunun alınması üçün iddiaçılar fərdi qaydada universitetlərlə əlaqə saxlamalıdırlar).  

Proqram çərçivəsində təklif edilən Türkiyə universitetlərinin siyahısı:

Akdeniz Universiteti

Anadolu Universiteti

Ankara Universiteti

Atatürk Universiteti

Atılım Universiteti

Başkent Universiteti

Boğaziçi Universiteti

Bilkent Universiteti

Dokuz Eylül Universiteti

Ege Universiteti

Erciyes Universiteti

Eskişehir Osmanqazi Universiteti

Qalatasaray Universiteti

Qazi Universiteti

Hacettepe Universiteti

İstanbul Universiteti

Kocaeli Universiteti

Marmara Universiteti

Mimar Sinan İncəsənət Universiteti

On Doqquz May Universiteti

Orta Doğu Texniki Universiteti

Sakarya Universiteti

Selçuk Universiteti

Trakya Universiteti

Uludağ Universiteti

Yıldız Texniki Universiteti

 

İddiaçıya qoyulan digər tələblər aşağıdakılardır:

-   Ərizənin təqdim edildiyi müddətdə iddiaçının yaşı 45-dən aşağı olmalı;

-   Doktoranturada təhsilini davam etdirən namizədlər müraciət müddətində təhsilin sonuncu pilləsində (dissertasiya mərhələsində) olmalı;

-   Namizədliyini müdafiə etmiş iddiaçıların müvafiq diplomunun olması;

-   Tədqiqat üçün tələb olunan dil üzrə sertifikatın olması;

-   ƏGƏR tədqiqat işində şəxsi məlumatların toplanması tələb olunarsa, bu zaman təcrübə, sorğu, hədəf qrup müzakirəsi kimi metodlarla iş üzrə Universitetin Etika Komitəsinin tərəfindən təsdiq edilmiş “Etika Komitəsinin Təsdiq Sertifikatı”nın alınması;

-   ƏGƏR tədqiqat işi tarixi abidələr və arxeoloji sahələrdə institutların və qurumların qeyri-ictimai məlumatlar və sənədlərilə aparılarsa, bu zaman müvafiq dövlət qurumundan “Hüquqi icazə”nin alınması.    

 

Təqaüdün miqdarı

 2016-cı il üzrə təqaüdün aylıq miqdarı 3.000 TL-dir (təqribi qiymətlə 1.000 ABŞ dolları). Təqaüdə qonaqlama, sığorta və təhsil haqqı kimi xərclər daxil deyildir. Əgər Tədqiqat Təqaüd Qiymətləndirmə Komitəsi tərəfindən təsdiq edilərsə, bu zaman elmi fəaliyyətlər (konfranslar, panel müzakirələr, simpoziumlar, sorğular, çöl şəraitində tədqiqat və s.) ayrıca dəstəklənə bilər.  

 

Əsas məqamlar  

-  Ərizələrə Tədqiqat Təqaüd Qiymətləndirmə Komitəsi tərəfindən baxılır;

-  Tədqiqat Təqaüd Proqramının (RFP) maksimum müddəti 12 aydır;

-   İddiaçılar tədqiqatlarını qəbul yaxud dəvət məktubu aldıqları Türkiyə Universitetindəki elmi məsləhətçinin rəhbərliyi altında həyata keçirirlər;

-   Təqaüd tədqiqatçının Türkiyədə olduğu müddətdə məhz həmin aylar üzrə ödənilir;

- Tədqiqatçıların fəaliyyətinin izlənilməsi mütəmadi olaraq, hazırlanmış hesabatlar və Tədqiqat Təqaüd Qiymətləndirmə Komitəsi tərəfindən qiymətləndirməilə həyata keçirilir;

-   Tədqiqatçılar tədqiqat müddəti başa çatdıqda Türkiyə Təqaüd İdarəsinə yekun hesabatı təqdim etməlidirlər.

 

Müraciət üçün keçid:             basvuru.ytb.gov.tr

 

Türkiyə Təqaüd İdarəsi:     Türkiyə Respublikası Başnazirlik, Xaricdə Yaşayan Türklər və Qohum Birliklər Sədirliyi

Ünvanı:    Mevlana Bulvarı, No: 145, Balgat, Çankaya/Ankara – Türkiyə Respublikası 

 

Əlavə məlumat və suallarınız üçün elektron-poçt ünvanı:    research@turkiyeburslari.gov.tr

 

Sosial şəbəkələrdə izləmək üçün:     facebook.com/turkiyeburslari // twitter.com/turkiyeburslari

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

249.jpg
  • 24 Avqust 2016
  • 1578