Рейтинг@Mail.ru

İxtisaslaşmış tədqiqatçılar üçün Qonaq Tədqiqatçı Proqramı (VSP) ELAN EDİR!

  • 06 Sentyabr 2016

Birləşmiş Millətlər Universitetinin (UNU) İqtisadi İnkişaf Tədqiqatları üzrə Dünya İnstitutu (WIDER) tərəfindən inkişaf və yaxud dünya iqtisadiyyatı məsələləri üzrə mövzularda tədqiqat aparmaq, eləcə də UNU-WIDER-in fəaliyyətlərinə qoşulmaq üçün ixtisaslaşmış tədqiqatçılara Qonaq Tədqiqatçı Proqramında (VSP) iştirak imkanı yaradır.

 

Proqramında iştirak müddəti 2 aydan 3 ayadəkdir. Tədqiqatçı göstərilən müddət ərzində WIDER nəşrləri üçün bir və ya daha çox elmi məqalə hazırlamalı, həmçinin tədqiqat sahəsi üzrə seminarda təqdimatla məruzə etməlidirlər.

 

Seçim meyarlarına gəldikdə isə iddiaçı müvafiq tədqiqat sahəsi üzrə iqtisad elmləri fəlsəfə doktoru (Ph.D.) elmi dərəcəsinə malik olmalı, bununla belə çap olunmuş əhəmiyyətli məqalə siyahısının olması iddiaçının rəqabətqabiliyyətliliyinin yüksəlməsinə əsas yaratmış olacaqdır.

 

İddiaçının tədqiqat mövzusu qurumun hazırkı Tədqiqat İş Planının prioritetlərinə uyğun gəlmədikdə belə Qonaq Tədqiqatçı Proqramı (VSP) inkişaf mövzuları üzrə digər bütün tədqiqatçıların müraciətlərini qiymətləndirir. 

 

Maliyyə dəstəyi 2650 Avro həcmində aylıq təqaüd, beynəlxalq nəqliyyat xərcləri, sağlamlıq sığortası, yerləşmə və digər cib xərcliklərindən ibarət olmaqla UNU-WIDER tərəfindən təmin edilir. İnkişaf etməkdə olan ölkələri təmsil edən iştirakçılar təyin olunmuş normadan yuxarı nəqliyyat xərclərinin ödənilməsi üçün yenidən müraciət edə bilərlər. Nəzərə alın ki, Proqram çərçivəsində iştirakçını müşayiət edən şəxlərin xərcləri ödənilmir.

 

Müraciət qaydalarına gəldikdə isə qeyd edək ki, UNU-WIDER Qonaq Tədqiqatçı Proqramı (VSP) üzrə ərizələri ildə bir dəfə olmaqla elektron (online) şəkildə qəbul edir. Ərizələrin təqdim edilməsi üçün son tarix 30 sentyabrdır

 

İlkin mərhələdən keçən iddiaçılar müraciətlər başa çatdıqdan dörd həftə sonra elektron-poçt vasitəsilə seçimin nəticələrinə dair məlumat alırlar. Daha sonra seçilən namizədlər iştiraklarının məhz həmin elektron-poçt vasitəsilə növbəti iki həftə ərzində təsdiq etməlidirlər.

 

Nəzərə alın ki, müraciət üçün elektron ərizə formaları müraciətdən bir ay əvvəl, başqa sözlə desək hər ilin 1 sentyabr tarixində işlək (online) vəziyyətə gətirilir. Müraciətin bir addımı kimi Siz həm də öz bioqrafiyanızı (CV) sistemə daxil etməlisiniz.

 

Elektron müraciətlə bağlı yaranan ixtiyari problemin həlli üçün dərhal scholars1@wider.unu.edu elektron-poçt ünvanına müraciət edin. 

 

UNU-WIDER bir qayda olaraq, elektron-poçt və yaxud poçt vasitəsilə təqdim edilən müraciətləri (ərizələri) qiymətləndirmir.   

 

Qaydalarla tanış olmaq, eləcə də ətraflı məlumat əldə etmək üçün qurumun internet səhifəsini https://www.wider.unu.edu/academic/visiting-scholars diqqətlə izləniləsi tövsiyyə olunur.  




© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



252.gif
  • 06 Sentyabr 2016
  • 1521